Xəbər verdiyimiz kimi, Amerikada yaşayan keçmiş “Dəyirman” qrupunun solisti, reper Elmir Teymur Bakıya gəlib.
BEY.AZ bildirir ki, qrupun üzvlərindən olan ABD Malik və Teymur bir araya gəliblər. Onlar çəkdirdikləri fotonu sosial şəbəkədə paylaşıblar.
Qeyd edək ki, “Dəyirman” qrupunun üzvlərindən biri də Xalq artisti Miri Yusif olub. (Axşam.az)
Keçmiş “Dəyirman”çılar bir arada – Foto
Bill Qeytsdən süni intellektlə bağlı daha bir xəbərdarlıq
“Microsoft” şirkətinin qurucusu Bill Qeyts süni intellektin sürətli inkişafının 2027-ci ildə kibertəhlükələrin əhəmiyyətli dərəcədə artmasına səbəb ola biləcəyini bildirib.
BEY.AZ xəbər verir ki, Qeyts bu barədə CNN-ə müsahibəsində danışıb.
Onun sözlərinə görə, gələn il ən ciddi dəyişikliklərin müşahidə ediləcəyi sahələrdən biri kiberhücumlar olacaq. Qeyts artıq kibercinayətkarların hədə-qorxu yolu ilə pul tələb etməyə və ya fond bazarına təsir göstərə biləcək pozuntular törətməyə əsaslanan biznes modellərindən istifadə etdiyini qeyd edib.
Qeyts bildirib ki, yeni süni intellekt modellərinin imkanlarının genişlənməsi, kifayət qədər məhdudiyyətlərin olmaması və kibercinayətkarların fəaliyyəti bu sahədə “çoxsaylı xoşagəlməz sürprizlərə” gətirib çıxara bilər.
Bununla yanaşı, o hesab edir ki, süni intellektin nəzarətdən çıxması hazırda bəşəriyyət qarşısında duran ən aktual təhlükə deyil. Qeytsin fikrincə, Sİ-nin dünyaya genişmiqyaslı təsir göstərə biləcək səviyyəyə çatması üçün hələ bir neçə il vaxt tələb olunur.
Varlıların bahalı yeməklərinə vergi tələsi
Rusiyada varlıların süfrəsini bəzəyən bahalı dəniz məhsullarına tətbiq edilən vergilərin artırılması təklif olunub.
BEY.AZ xəbər verir ki, yeni təşəbbüsə əsasən, omar və lanqustin kimi delikates məhsullar üçün əlavə dəyər vergisinin 22 faizə çatdırılması nəzərdə tutulur.
Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko lüks dəniz məhsullarına tətbiq edilən vergi dərəcəsinin artırılması təşəbbüsü ilə çıxış edib.
Rusiya Balıqçılıq İttifaqından bildirilib ki, Matviyenkonun təklifi vergi qanunvericiliyində mövcud olan hüquqi boşluğun aradan qaldırılmasına yönəlib.
Məlum olub ki, hazırda sahibkarlar omar, lanqustin və digər bahalı dəniz məhsullarını “digər ərzaq məhsulları” kateqoriyasına daxil etməklə 22 faiz əvəzinə cəmi 10 faiz əlavə dəyər vergisi ödəyə bilirlər.
Beləliklə, mövcud təsnifat qaydaları bahalı delikateslərin güzəştli vergi rejimindən yararlanmasına imkan verir.
Yeni təşəbbüs qəbul edilərsə, həmin məhsullara tətbiq olunan vergi dərəcəsi 10 faizdən 22 faizə yüksələcək. Bu isə vergi dərəcəsinin 12 faiz bəndi, başqa sözlə, 120 faiz artırılması deməkdir.
Rusiya Balıqçılıq İttifaqının məlumatına görə, ölkə bazarında belə delikateslərin həcmi olduqca azdır. Üstəlik, bu məhsulların böyük hissəsi xaricdən idxal olunur.
Diqqət çəkən əsas məqam isə bahalı məhsulların indiyədək güzəştli vergi kateqoriyasına daxil edilə bilməsidir. (Musavat.com)
Kredit faizləri ilə bağlı mühüm dəyişiklik
Gündəlik kreditlər üzrə 90 gündən çox gecikmə maliyyə çətinliyinin müəyyənləşdirilməsində 20 faizlik meyarla qiymətləndirilməyəcək.
BEY.AZ xəbər verir ki, bununla bağlı Mərkəzi Bankın sədri Taleh Kazımov müvafiq qərar imzalayıb.
Qərarla “Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası”nda edilən dəyişikliklər oktyabrın 10-dan qüvvəyə minib.
Mövcud qanunvericiliyə əsasən, borcalanın maliyyə çətinliyinin müəyyən edilməsi zamanı əsas meyarlardan biri onun kredit öhdəliklərinin vaxtında yerinə yetirilməməsidir. Kredit bürolarının məlumatları əsasında borcalanın ümumi öhdəliklərinin ən azı 20 faizinin 90 gündən çox gecikdirilməsi maliyyə çətinliyinin göstəricilərindən biri hesab olunur.
Lakin yeni qərara əsasən, bu meyar gündəlik kreditlərə şamil edilməyəcək. Başqa sözlə, gündəlik kreditlər üzrə öhdəliklərin 90 gündən çox gecikdirilməsi borcalanın ümumi öhdəliklərinin ən azı 20 faizinin gecikdirilməsi ilə bağlı qeyd olunan konkret meyar əsasında qiymətləndirilməyəcək.
İqtisadçı ekspert Xalid Kərimli hesab edir ki, bu mexanizm borcalanın maliyyə çətinliyi yarandıqda öhdəliyin icrasını asanlaşdıracaq.
Yəni bu o deməkdir ki, “Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası”nın tələbləri nəzərə alınmaqla kreditin əsas məbləği üzrə qalıq məbləğinin 20%-nin ödənilməsi şərti ilə yalnız bir dəfə və maksimum 45 gün müddətinə restrukturizasiya olunur. Bu zaman gecikdirilmə faizləri və ya dəbbə pulu tətbiq edilmir.
Beləliklə, dəyişikliklər borc çətinliyi yaşayan şəxslər üçün müəyyən mexanizmlər yaratsa da, vətəndaşların konkret hansı güzəştdən yararlana bilməsi kreditin növündən, müqavilə şərtlərindən və qüvvədə olan qaydaların tələblərindən asılı olacaq.
Daha ətraflı “Xəzər TV-nin videomaterialında:
Çempionşip tarixinin ən yaxşı bombardiri karyerasını bitirdi
İngilis futbolçu Billi Şarp karyerasını başa vurduğunu açıqlayıb.
BEY.AZ xəbər verir ki, 40 yaşlı Şarp, Premyer Liqadan kənarda İngiltərə futbolunun əfsanəsi idi və ölkənin ikinci, üçüncü və dördüncü liqaları olan Çempionşip, Birinci və İkinci Liqalarda oynayıb.
Ümumilikdə, Şarp karyerası ərzində 814 oyun keçirib və 299 qol vurub. O, karyerasını Çempionşipdə bütün zamanların ən çox qol vuran oyunçusu (130 qol) və Birinci Liqada beşinci ən çox qol vuran oyunçu (111) kimi başa vurub.
Şarpın iki əsas komandası “Şeffild Yunayted” (10 mövsümdə 359 oyun) və “Donçester” (6 mövsüm) olub.
saf davranışlarınız bəzi problemlərə yol aça bilər
BEY.AZ bu günün qoroskopunu təqdim edir.
Qoç
Gözlənilən hədəflərə çatmaq üçün bir komandada işləməyiniz tələb oluna bilər. Keçmiş borcların qaytarılması təxirə salınmış ödənişlərinizin həllinə kömək edəcək. İşdə parlaq ideyalarınızı həyata keçirmək üçün imkan əldə edəcəksiniz. Bu gün sevgidən aldığınız ilham sizi təşəbbüs göstərməyə sövq edəcək. Sağlamlığınız daha yaxşı olacaq.
Uğurlu rənginiz: Mavi
Uğurlu rəqəminiz: 3
Buğa
Biznes tərəfdaşınızla etibarlı münasibət qura biləcəksiniz. Faydalı əməyinizə görə mənfəət və təqdir qazanacaqsınız. Ailə üzvləri və dostlarınızla keçirdiyiniz vaxtdan zövq alacaqsınız. Romantik münasibətdə qarşılıqlı anlayış yaradaraq uzunmüddətli əlaqənin təməlini qoyacaqsınız. Sağlamlığınız normal olacaq.
Uğurlu rənginiz: Sarı
Uğurlu rəqəminiz: 8
Əkizlər
Ailə üzvlərinizin emosional rifahı və xoşbəxtliyi üçün onlara əlavə diqqət ayırmalısınız. Sosial statusunuz və mənəviyyata olan marağınız artmaqdadır. İş qabiliyyətiniz sizə əlavə üstünlüklər qazandırır. Sevgi münasibətiniz daha da möhkəmlənəcək. Ədviyyatlı qidalardan uzaq dursanız, sağlamlığınız daha yaxşı ola bilər.
Uğurlu rənginiz: Bənövşəyi (Purple)
Uğurlu rəqəminiz: 4
Xərçəng
Qərar verərkən müdrik təbiətinizi ön plana çıxarmağınız lazımdır. Şəxsi səyləriniz çətin hədəflərə çatmaqda sizə uğur gətirəcək. Həddindən artıq saf davranışların bəzi problemlərə yol açma ehtimalı var. Sevgilinizin lüzumsuz tələblərini yerindəcə dayandırmaq münasibətinizi yaxşılaşdıracaq. Sağlamlığınız normal səviyyədə qalacaq.
Uğurlu rənginiz: Tünd çəhrayı (Magenta)
Uğurlu rəqəminiz: 5
Şir
Məsuliyyət hissiniz və çağırışları qəbul etmək bacarığınız sizi lider mövqeyinə yüksəldəcək. Böyük qazanclar əldə etmək və maliyyə rifahı yaratmaq şansınız yüksəkdir. Yaxın dostunuzla söhbət sizə xoşbəxtlik gətirəcək və rahatlaşdıracaq. Sevginiz sizə müsbət nəticələr verəcək. Sağlamlığınız yaxşı olaraq qalır.
Uğurlu rənginiz: Qəhvəyi
Uğurlu rəqəminiz: 11
Qız
Ağıllı maliyyə qərarları vermək üçün bol fürsət əldə edəcəksiniz. Bu gün xərclərinizi məhdudlaşdırmaq üçün cibinizə diqqət yetirməlisiniz. İstirahətin dadını çıxarmaq üçün gündəlik rutin işlərdən kənara çıxmalı olacaqsınız. Sevgilinizin sizə qarşı həqiqi hissələrini ifadə etməsi gözlənilir. İdman etmək stresi azaltmağa və çəki itirməyə kömək edəcək.
Uğurlu rənginiz: Bənövşəyi (Violet)
Uğurlu rəqəminiz: 7
Tərəzi
Hədəflərinizə çatmaq və başqalarının gözləntilərini qarşılamaq sizin üçün asan olacaq. Əməkdaşların köməyi ilə maliyyə vəziyyətiniz yaxşılaşacaq. Yaxın dostlarınız və qohumlarınız sizi xoşbəxt etməyə çalışacaqlar. Romantik münasibətinizi gizli saxlamağınız vacibdir. Sağlamlığınız diqqət tələb edə bilər, özünüzə muğayat olun.
Uğurlu rənginiz: Çəhrayı
Uğurlu rəqəminiz: 12
Əqrəb
Maliyyə axınlarında və likvidlikdə artım olacaq, biznesiniz də genişlənəcək. Qazanc üçün yeni imkanlara baxmaq faydalı ola bilər. Xoş xasiyyətiniz sizi sosial mühitin ulduzuna çevirəcək. Fərqli bir romantika yaşamaq ümidləriniz bu gün boşa çıxa bilər. Fiziki cəhətdən formada qalmaq üçün müntəzəm idman edin.
Uğurlu rənginiz: Qırmızı
Uğurlu rəqəminiz: 9
Oxatan
Daxili dəyərləriniz və pozitiv düşüncəniz işdə sizə uğur gətirəcək. Pozitiv münasibətiniz və motivasiyaedici ruhunuz qalib gələcək. Texniki bilikləri bölüşmək və işçilər üçün imkanları artırmaq vaxtıdır. Sevgi cəbhəsində uğur qazanmaq üçün cəsarətli davranmalısınız. Sağlamlığınızın qeydinə qalmalısınız.
Uğurlu rənginiz: Narıncı
Uğurlu rəqəminiz: 10
Oğlaq
Həyat yoldaşınız problemlərin həllində kömək etdikcə şəxsi səyləriniz ailə mühitini canlandıracaq. Özünəinamınız və əhval-ruhiyyəniz yüksək olacaq, uğur və qazanclar sizinlə gələcək. Həmkarınız qərarınızda sizi dəstəkləyəcək. Sağlamlığa diqqət yetirmək üçün atdığınız addımlar bəhrəsini verdikcə sağlam həyatın başlanğıcını yaşayacaqsınız.
Uğurlu rənginiz: Ağ
Uğurlu rəqəminiz: 6
Dolça
Sürətli və müdrik qərarlar vermək sizi peşəkar cəbhədə gələcək çağırışlara hazırlayacaq. Şərait nüfuzlu insanlarla dostluq etməyinizə imkan verəcək. Ailə əlaqələri sizə uyğun bir iş tapmaqda kömək edəcək. Romantik bağları möhkəmləndirmək səylərinizdə uğur qazanacaqsınız. Sağlamlığınız sabit qalır.
Uğurlu rənginiz: Sarı
Uğurlu rəqəminiz: 1
Balıqlar
Böyük bir sürprizə hazır olmalısınız. Biznes tərəfdaşınız yeni planları həyata keçirməyə kömək edəcək. Dostlarla əyləncəli gəzinti çox məmnunedici olacaq. Ailənizə kifayət qədər vaxt ayırmağı unutmayın. Münasibətiniz daha da güclənəcək. Yeyib-içərkən ehtiyatlı olun, çünki diqqətsizlik sağlamlıq problemlərinə yol aça bilər.
Uğurlu rənginiz: Yaşıl
Uğurlu rəqəminiz: 2
(Milli.az)
36 yaşlı oğlunu öldürən ata saxlanıldı
Gəncədə Röyal Həsənovun qətlində şübhəli bilinən atası Osman Həsənov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib
BEY.AZ bildirir ki, bu barədə Teleqraf xəbər yayıb.
1990-cı il təvəllüdlü Röyal Həsənovun ölməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.
BEY.AZ Teleqraf-a istinadən xəbər verir ki, 36 yaşlı şəxsin atası tərəfindən bıçaqlandığı iddia olunur.
R. Həsənov Gəncə Birləşmiş Xəstəxanasının nəznində olan Zülfüqar Məmmədov adına xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.
Gəncədə kəsici alətdən yaralanan şəxs xəstəxanada ölüb.
BEY.AZ Teleqraf-a istinadən xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.
1990-cı il təvəllüdlü Röyal Həsənov kəsici alətlə aldığı xəsarət nəticəsində xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.
Hadisənin hansı şəraitdə və necə baş verməsi ilə bağlı araşdırma başlanılıb.
Sərbəst qalma dəyəri 500 milyondur
“Atletiko”nun argentinalı cinah yarımmüdafiəçisi Culiano Simeone bir neçə İngiltərə Premyer Liqa klubunun maraq dairəsinə baxmayaraq, “Atletiko Madrid”dən ayrılmaq niyyətində deyil.
BEY.AZ xəbər verir ki, bu barədə insayder Ekrem Konur məlumat yayıb.
Yarımmüdafiəçi ilə “Mançester Yunayted”, “Mançester Siti” və “Tottenhem” maraqlanır. Onun bazar dəyəri 40 milyon avro qiymətləndirilir və müqaviləsi 2030-cu ilin yayına qədərdir.
Qeyd etmək lazımdır ki, Simeonenin müqaviləsində 500 milyon funt sterlinqlik sərbəst qalma maddəsi var.
Culiano bu mövsüm La Liqada səkkiz oyunda iştirak edib, iki qol vurub və iki məhsuldar ötürmə edib.
Hörmüz boğazında daha bir neft tankeri minaya düşdü
Hörmüz boğazının cənub hissəsində daha bir neft tankerinin dəniz minasına düşdüyü, nəticədə gəminin mühərrik otağında partlayış və yanğın baş verdiyi bildirilir.
BEY.AZ xəbər verir ki, SEPAH-ın bəyanatına görə, xam neft daşıyan tanker naviqasiya sistemlərini söndürərək İranın elan etdiyi qaydaları və icazə verilən marşrutu pozub.
SEPAH-ın Hərbi Dəniz Qüvvələri naviqasiya və tanınma sistemlərini söndürən gəmilərin düşmən kimi qəbul ediləcəyini və onlara qarşı sərt tədbirlər görüləcəyini açıqlayıb.
Qeyd edək ki, SEPAH ötən gündən bəri icazəsiz marşrutda minaya düşən üç tanker barədə məlumat yayıb. Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) isə gəmilərin naməlum mərmi ilə vurulduğunu bildirib.
Dəhşətli qəzada ölənin və xəsarət alanların kimliyi məlum oldu
Biləsuvar rayonunda baş verən zəncirvari yol-nəqliyyat hadisəsi zamanı ölənin və xəsarət alan şəxslərin kimliyi məlum olub.
BEY.AZ Teleqraf-a istinadən xəbər verir ki, xəsarət alanlar Bakı şəhərinin Ələt qəsəbə sakini, 1956-cı il təvəllüdlü Əliyev Mahmudağa Hacıağa oğlu, Bakı şəhəri Nizami rayon sakini, 1997-ci il təvəllüdlü Əmənova Nişanə Mübariz qızı, Laçın rayonunun Şeylanlı kənd sakini, 1996-cı il təvəllüdlü Məmmədov Rauf Volodiya oğlu və Lənkəran rayonunun Zövlə kənd sakini, 1991-ci il təvəllüdlü Əhədov Pərviz Mübariz oğludur.
Hadisə nəticəsində 1964-cü il təvəllüdlü Qurbanov Fəxrəddin Adil ölüb.
Biləsuvar rayonunda bir nəfərin ölümü ilə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
BEY.AZ Teleqraf-a istinadən xəbər verir ki, hadisə Yeni Ələt–Astara magistralının rayon ərazisindən keçən hissəsində baş verib.
Belə ki, Bakı istiqamətində hərəkətdə olan “Niva” markalı avtomobil yol kənarında hərəkətsiz vəziyyətdə dayanan “Mercedes” markalı avtomobillə toqquşub. Zərbənin təsirindən idarəetmədən çıxan “Niva” və “Mercedes” markalı avtomobillər daha iki nəqliyyat vasitəsinə çırpılıb.
Qəza nəticəsində “Mercedes” markalı avtomobilin sərnişini dünyasını dəyişib.
Hadisə şahidlərinin sözlərinə görə, qəza “Niva” markalı avtomobilin sürücüsünün qəfildən idarəetməni itirməsi səbəbindən baş verib.
Faktla bağlı araşdırma aparılır.
Biləsuvarda bir neçə minik avtomobilinin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
BEY.AZ Teleqraf-a istinadən xəbər verir ki, hadisə Yeni Ələt–Astara magistralının Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, bir neçə avtomobilin toqquşması nəticəsində bir nəfər dünyasını dəyişib, bir neçə nəfər isə xəsarət alıb.
Qəza səbəbindən magistralın Bakı istiqamətində nəqliyyat vasitələrinin hərəkətində məhdudiyyətlər yaranıb.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.
Nazirlərə təhdidlər göndərən şəxs saxlanıldı
Polşanın Baş naziri Donald Tusk və müdafiə naziri Vladislav Kosinyak-Kamışa elektron vasitələrlə təhdid mesajları göndərən şəxs saxlanılıb.
BEY.AZ xəbər verir ki, bu barədə Donald Tusk “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.
“İşlənə biləcək sui-qəsdlə bağlı təhdidlər səsləndirən şəxs saxlanılıb”, – o yazıb.
Polşa xüsusi xidmət orqanlarının koordinatoru nazirinin mətbuat katibi Yatsek Dobjinskinin bildirdiyinə görə, Tusk və Kosinyak-Kamış oktyabrın 11-də səhər saat 07:00 radələrində təhdidlər alıblar.
“Gazeta Wyborcza” qəzetinin xüsusi xidmət orqanlarındakı anonim mənbəyə istinadən yaydığı məlumata əsasən, elektron kanallar vasitəsilə göndərilən mesajlarda siyasətçilərin yaşadıqları ünvanlar və yaxın gələcək üçün planları barədə məlumatlar da yer alıb.
Canlı yayımda qadını və ailəsini söydü: həbs olundu
Sosial şəbəkələrdə bir ailəni təhqir edən şəxs həbs olunub.
BEY.AZ xəbər verir ki, 33 yaşlı Telman Salmanov (şərti adla) münasibətləri pis olan qadını, onun valideynlərini və övladlarını “Bigo Live” sosial şəbəkəsində açdığı canlı yayımlarda 1 il ərzində söyüb.
Qadının hüquq-mühafizə orqanlarına şikayətindən sonra Telman polis əməkdaşları tərəfindən saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və millimənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.
Telman Salmanov ifadəsində bildirib ki, təxminən 1 il əvvəldən bu vaxtadək Lyudmila adlı qadınla şəxsi narazılıq səbəbindən ona qarşı mənfi münasibətləri yaranıb. Qisas almaq üçün “Bigo Live” sosial şəbəkəsində Lyudmilanı, valideynlərini və övladlarını canlı yayımda izləyicilərin də eşitdiyini bilərək, qəsdən təhqir edib. O, əməlindən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirib.
Zərərçəkən qadın isə Telmanın barəsində ciddi qanuni tədbir görülməsini xahiş edib.
Məhkəmənin qərarı ilə T. Salmanov 15 gün müddətinə inzibati qaydada həbs olunub. (Modern.az)
FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib
7–11 oktyabr 2026-cı il tarixlərində Qəbələ–Xankəndi istiqamətində 192 km məsafəni əhatə edən ultramarafon keçirilib.
BEY.AZ xəbər verir ki, tədbir müddətində iştirakçıların təhlükəsizliyinin təmin olunması məqsədilə marşrut boyunca Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin, Dövlət Yanğından Mühafizə Xidmətinin və Dövlət Yanğın Nəzarəti Xidmətinin canlı qüvvə və texnikası ərazilərə cəlb olunub.
Ultramarafonun keçirildiyi müddətdə hər hansı fövqəladə hadisə baş verməyib.
İsraildən HƏMAS-a ağır zərbə
İsrail Müdafiə Qüvvələri və Ümumi Təhlükəsizlik Xidməti son 24 saat ərzində Qəzza zolağında HƏMAS-a məxsus hərbi infrastrukturu sıradan çıxarıb.
BEY.AZ xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Əməliyyatlar zamanı Dərəc Tuffah bölgəsində komanda məntəqəsi, Əl-Furqanda raket buraxılış qurğusu və müxtəlif ərazilərdə 3 silah anbarı məhv edilib. Anbarlarda onlarca raket, partlayıcı qurğu, minomyot və avtomat silahlar aşkar olunub.
Ordunun bəyanatında bildirilib ki, dinc əhalinin zərər görməməsi üçün zərbələrdən əvvəl xəbərdarlıq edilib və dəqiq idarəolunan sursatlardan istifadə olunub.
Sumqayıtda ağır qəza oldu
Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.
BEY.AZ “Report”a istinadən xəbər verir ki, hadisə Sülh prospektində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı minik avtomobili ilə “Hyundai” markalı mikroavtobus toqquşub. Qəza nəticəsində 3 nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya çatdırılıb.
Hadisənin səbəbi araşdırılır.
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək
UEFA Çempionlar Liqasının liqa mərhələsinin II turunda keçiriləcək “Qalatasaray” – “Barselona” matçının hakim təyinatları açıqlanıb.
BEY.AZ xəbər verir ki, oktyabrın 13-də baş tutacaq görüşü italiyalı hakim Marko Quida idarə edəcək.
Ona həmyerliləri Corcio Peretti və Cüzeppe Perrotti kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fabio Mareska yerinə yetirəcək. VAR-da Marko Di Bello, AVAR-da isə Aleandro Di Paolo çalışacaq.
Qeyd edək ki, İstanbulda yerləşən “RAMS Park” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Marko Quida ötən mövsüm “Qalatasaray”ın UEFA Çempionlar Liqasının liqa mərhələsində səfərdə “Ayntraxt”a 1:5 hesabı ilə uduzduğu matçı idarə edib. O, həmçinin 2023/24 mövsümündə İstanbul təmsilçisinin Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda Sloveniyanın “Olimpiya” klubunu 1:0 hesabı ilə məğlub etdiyi qarşılaşmada baş hakim olub.