Sinan Akçıl Kənanın məşhur ifasını paylaşdı
Türkiyəli müğənni Sinan Akçıl Əməkdar artist Təyyar Bayramovun xanəndə oğlu Kənanla bağlı paylaşım edib.
BEY.AZ xəbər verir ki, Fələstin-İsrail münaqişəsindən yazan Sinan bunları qeyd edib:
“On minlərlə fələstinli ailənin tək günahı vətən dedikləri torpaqlarda yaşamaq istəməkdir. “Bu gecə öləcəyik” deyə, düşünən dərdli analar, atalar gözümün önünə gəlir. Arzu edirəm ki, bu gecə bu mahnı zalımları susduran olsun. Bir dua çox mənanı verir. Yanınızdıq QƏZZA, həm də iliklərimizə qədər. Bu mahnı türk dünyasının ağısı kimidir bu gecə. Böyük Azərbaycan cəsarətli bir qələbə ilə Qarabağı düşməndən təmizlədi. Qısası, vətən torpağı hər şeydir”.