fbpx

4 yayım operatorunun lisenziyası ləğv olundu

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Oktybarın 27-də Audiovizual Şuranın növbəti iclası keçirilib.

Bu barədə BEY.AZ-a Audiovizual Şuradan bildirilib.

Qeyd edilib ki, iclasda xarici televiziya kanallarının retranslyasiya xidmətini həyata keçirmiş bir sıra yayım operatorlarının fəaliyyət göstərməmələri ilə bağlı lisenziyalarının ləğv edilməsi məqsədilə Şuraya müraciətləri müzakirə olunub.

İclasda Şura aparatının Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin qeyd olunan məsələ ilə bağlı və həmin operatorların monitorinqlərinə dair məruzəsi dinlənilmişdir. Müzakirələrdən sonra lisenziya sahiblərinin müraciətləri nəzərə alınaraq “Albax TV” MMC, “Real Telecom” MMC və “Şam” MMC-nin müvafiq lisenziyalarının ləğv olunması barədə qərarlar verilmişdir. Həmçinin, yayım fəaliyyətinin 6 aydan çox müddətdə həyata keçirilməməsi səbəbindən “RA Technologies” MMC-nin də lisenziyası ləğv olunmuşdur.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #yayım #operatorunun #lisenziyası #ləğv #olundu

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin