Müğənni Teylor Svift milyarder elan olundu
Amerikalı pop-müğənni Teylor Svift milyarder elan olunub.
BEY.AZ-ın məlumatına görə, bu barədə məlumatı“Bloomberg” agentliyi yazıb. Qeyd olunub ki, 33 yaşlı sənətçinin ümumi var-dövləti son musiqi turundan sonra bir milyardı keçib. Onun bu yay ərzində reallaşan qastrol səfərləri nəticəsində ABŞ-nin ÜDM-si 4.3 milyard artıb. Onun konsert və qastrol səfərlərində ərazidəki hotellərdə və restoranlarda yer tapmaq mümkün olmur. “Bloomberg” etiraf edir ki, Svift ABŞ iqtisadiyyatının inkişafına dəstək verən sənətçilərdəndir.