Hikmət Hacıyev İran səfiri ilə görüşdü –
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb.
BEY.AZ xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Görüşdə ikitərəfli münasibətlər, Cənubi Qafqaz regionunda baş verən proseslər və Azərbaycan-Ermənistan sülh danışıqları müzakirə edilib.
Həmçinin, görüşdə İsrail-Fələstin münaqişəsi, eləcə də bu xüsusda islam ölkələrinin rolu barədə fikir mübadiləsi aparılıb.