fbpx

Hərbi Prokurorluq Ulu Öndərin 100 illik yubileyi ilə bağlı silsilə tədbirləri davam etdirir

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Qazaxda rayon rəhbərliyi və Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçuları ilə birgə tədbir keçirilib.

Hərbi Prokurorluqdan BEY.AZ-a verilən məlumata görə, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsinin və şəhidlər guşəsinin önünə gül dəstələri düzülərək, onların əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla anılıb, Allahdan onlara rəhmət, qazilərə şəfa arzulanıb.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Baş prokuror Kamran Əliyevin və Hərbi prokuror Xanlar Vəliyevin salamları şəxsi heyətə və tədbir iştirakçılarına çatdırılıb.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, DSX-nin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının komandiri, general-mayor Misir Əliyev, Hərbi Prokurorluğun Hərbi Prokurorluqlarda istintaqa nəzarət şöbəsinin rəisi, ədliyyə polkovniki Hümmət Məmmədov, Hərbi prokurorunun böyük köməkçisi, mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev, Qazax rayon prokuroru, baş ədliyyə müşaviri Rauf Gözəlov, Şəmkir hərbi prokuroru, ədliyyə polkovnik-leytenantı İlham Babayev və digərləri çıxış edərək müstəqillik yolumuzu və firavan istiqbalımızı nurlandıran, xalqını zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan nəhəng tarixi şəxsiyyət Heydər Əliyevin şərəfli və mənalı ömründən, çoxşaxəli və zəngin fəaliyyətindən, dövlətimizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən bəhs ediblər.

Çıxışçılar, eyni zamanda, xalqımızın böyük oğlu Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 il müddət ərzində ölkəmizdə görülmüş misilsiz işlərdən, həyata keçirilmiş hərtərəfli köklü islahatlardan, bütün sahələrdə qazanılmış müstəsna nailiyyətlərdən, o cümlədən qüdrətli Silahlı Qüvvələrimizin formalaşmasından, bu uğurların əldə olunmasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyindən və xalqın müdrikliyindən danışıblar.

Tədbirdə, həmçinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış tarixi Qələbə və uğurlu antiterror tədbirləri xüsusi vurğulanmaqla, o dövrlərdə prokurorluğun, eləcə də hərbi prokurorluğun Silahlı Qüvvələrlə, o cümlədən DSX ilə, eləcə də aidiyyəti rayonların rəhbərlikləri ilə qarşılıqlı səmərəli fəaliyyətindən bəhs edilib, iftixar dolu günlərin unudulmaz təəssüratları xatırlanıb.

Sonda hərbi qulluqçular qarşısında hüquqi maarifləndirici məzmunlu çıxışlar olunub, onları maraqlandıran suallar cavablandırılıb, eləcə də hərbçilərin qayğı və problemləri barədə məlumat verilib.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Hərbi #Prokurorluq #Ulu #Öndərin #illik #yubileyi #ilə #bağlı #silsilə #tədbirləri #davam #etdirir

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin