Milli Məclisdə Qərbi Azərbaycan toponimləri ilə bağlı dinləmə keçirilir
Milli Məclisdə Qərbi Azərbaycan toponimləri ilə bağlı ictimai dinləmə keçirilir.
BEY.AZ xəbər verir ki, “Qərbi Azərbaycan Toponomləri: tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək” mövzusunda keçirilən dinləmə parlamentin Regional məsələlər komitəsinin təşkilatçılığı ilə baş tutur.
Toplantıda Milli Məclisin Toponomiya komissiyasının üzvləri, Qərbi Azərbaycan İcmasının nümayəndələri, deputatlar iştirak edirlər.