fbpx

Qərbi Azərbaycanın elektron xəritəsi hazırlandı

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

Son 200 ildə ermənilər etnik təmizləmə aparıblar. Ermənilər Azərbaycan və türk mənşəli toponimlərə münasibətdə həmişə qərəzli mövqe tutublar. Qərbi Azərbaycanda – indiki Ermənistanda türk mənşəli toponimlərin uzun illər boyu dəyişdirilib erməniləşdirilməsi faktlarla sübut olunub. Ermənilər bu torpaqlarda azərbaycanlıların izlərini silməyi qarşıya məqsəd kimi qoymuşdular.

BEY.AZ xəbər verir ki, bu sözləri Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı, filologiya üzrə fəlsəfə doktoru Əziz Ələkbərli parlamentdə keçirilən “Qərbi Azərbaycan toponimləri: tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək” mövzusunda ictimai dinləmədə deyib.

İcma sədri bildirib ki, Ermənistan SSR-nin verdiyi fərmanla 1978-ci il yanvarın 25-də 93 yaşayış məntəqəsinin adı dəyişdirilib.

Bu toponimlərin dəyişdirilməsinin hüquqazidd olduğunu diqqətə çatdıran Ə.Ələkbərli Qərbi Azərbaycanın elektron xəritəsinin hazırlandığını deyib. Bildirib ki, xəritədə köhnə yer adları əks olunub.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Qərbi #Azərbaycanın #elektron #xəritəsi #hazırlandı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu