fbpx

​Bakcell Əhmədlidə yeni mağaza açdı

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Ölkənin ən böyük özəl mobil operatoru olan Bakcell yeni mağazasını abunəçilərin ixtiyarına verib. Bununla birlikdə şirkət öz texnoloji yeniliklərini hər kəs üçün daha da yaxın etmək imkanı yaradıb.

Əhmədli metrostansiyasının yaxınlığında yerləşən yeni mağazada modern atmosfer, müasir standartlara cavab verən elektron növbə sistemi ilə yanaşı, abunəçilərin Bakcell-in məhsulları ilə yaxından tanış ola biləcəkləri elektron guşədə əməliyyatları sürətlə həyata keçirmək mümkün olacaq.

Mağazada premium zəng xidməti olan VoLTE-nin aktivləşdirilməsi, yeni nəsil sim texnologiyası – eSim satışı, tarif və sürətli internet paketlərinin aktivləşdirilməsi ilə yanaşı 10 növdən çox xidmət təqdim olunur.

“Bakcell olaraq hər zaman innovasiyanın və rəqəmsallaşmanın gücünə inanmışıq. Əhmədli filialımız da bu gücü sizə daha yaxın etmək üçün bir vasitədir. Sərhədləri aşaraq innovativ yenilikləri sürətlə ölkənin hər nöqtəsinə çatdırmaq əsas hədəflərimizdən biridir.” – deyə Bakcell-in Baş İcraçı Direktoru Klaus Müller bildirib.

Ölkənin dörd bir yanında “Bakcell ilə ən sürətli ol” şüarı ilə genişmiqyaslı kampaniya həyata keçirən Bakcell şirkəti “NEQSOL Holding”in tərkibinə daxildir.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Bakcell #Əhmədlidə #yeni #mağaza #açdı

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin