fbpx

bp-yə yeni vitse-prezident təyin olunub

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

bp şirkətində Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) regionunda hüquq məsələləri üzrə vitse-prezidenti vəzifəsinə təyinat olub.

BEY.AZ şirkətə istinadən xəbər verir ki, bu, Elyar Əliyevdir.

O, sabahdan səlahiyyətlərinin icrasına başlayacaq, AGT regionu üzrə rəhbər heyətin üzvü olacaq, Azərbaycan və Gürcüstanda yerləşən regional hüquq departamentinə rəhbərlik edəcək.

E.Əliyev yeni vəzifəsində Böyük Britaniyaya geri dönən İvon MakAlisteri əvəz edəcək. Cənab Əliyev bp-nin Azərbaycanda hüquq sahəsinə rəhbər təyin edilmiş ilk Azərbaycanlı mütəxəssisdir.

E.Əliyevin neft-qaz sektorunda hüquq sahəsi üzrə 23 ildən artıq dərin təcrübəsi var. O, bp şirkətində fəaliyyətə 2009-cu ildə Bakı ofisində başlayıb və ilkin olaraq Azəri-Çıraq-Günəşli yatağı üzrə əməliyyatlara dəstək verib, sonra şirkətin regional geoloji-kəşfiyyat işlərinə, o cümlədən Şəfəq-Asiman, Abşeron yarımadasının dayazsulu sahəsi və D230 kəşfiyyat bloku üzrə hasilatın pay bölgüsü sazişlərinin imzalanması və icrası üzrə hüquq işlərinə rəhbərlik edib.

2013-cü ildə o, bp-nin Londonda yerləşən mərkəzi hüquq departamentinə ezam olunub və bu vəzifədə bp-nin dünyanın müxtəlif yerlərində yeni ölkələrdə geoloji-kəşfiyyat işlərinə dəstək verib. 2018-ci ildən bəri E.Əliyev şirkətin Şahdəniz və Cənub Qaz Dəhlizi layihələrinə hüquqi dəstək işlərinə rəhbərlik edir.

bp-dən əvvəl E.Əliyev “Nobel Oil” (hazırda NEQSOL Holdinqin tərkibində olan “Nobel Energy”) şirkətində işləyib. Həmin təşkilatda o, neft-mədən xidmətləri, mühəndislik və tikinti, habelə telekommunikasiya kimi müxtəlif sənaye sahələrində fəaliyyət göstərən şirkətlər qrupunun hüquq işlərinə rəhbərlik edib. Daha əvvəl o, Azərbaycanın quru yataqlarında ən böyük operatorlarından biri olan “Salyan Oil” şirkətində hüquq işlərinə nəzarət edib.

E.Əliyev Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində magistr pilləsi üzrə (fərqlənmə ilə) təhsil alıb. O, həmçinin Böyük Britaniyanın BPP Universitetinin Hüquq Məktəbinin məzunudur.

2022-ci ildə Elyar Azərbaycanda neft və qaz sənayesinin inkişafında xüsusi xidmətlərinə görə Dövlət Neft Şirkətinin (SOCAR) prezidentinin fəxri fərmanı ilə təltif olunub.

E.Əliyev evlidir, iki övladı var.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #bpyə #yeni #vitseprezident #təyin #olunub

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin