fbpx

“Sadələşdirilmiş gömrük dəhlizi” layihəsi – Gömrükdə nə dəyişəcək?

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

Rusiya Azərbaycanla “sadələşdirilmiş gömrük dəhlizi” layihəsini həyata keçirməyi planlaşdırır. Bu barədə Rusiya Federal Gömrük Xidməti rəhbəri vəzifəsini yerinə yetirən Ruslan Davıdov “RBK” saytında dərc olunmuş məqaləsində məlumat verib. O bildirib ki, “Şərq-Qərb” və “Şimal-Cənub” beynəlxalq dəhlizləri sayəsində əmtəə dövriyyəsini 35 faiz artırmaq mümkün olub. Rusiya Azərbaycan ilə yanaşı, Türkiyə, İran, Çin və Suriya ilə də nəqliyyat marşrutlarını inkişaf etdirməyi planlaşdırır.

Bəs “sadələşdirilmiş gömrük dəhlizi” iki ölkə arasında olan iqtisadi inkişafa necə təsir edəcək?

Bu barədə BEY.AZ-a açıqlama verən iqtisadçı-ekspert Eldəniz Əmirov bildirdi ki, “sadələşdirilmiş gömrük dəhlizi”nin yaradılması təkcə Rusiya ilə deyil, TRASEKA üzərində yerləşən, yəni Avropa, Qafqaz, Asiya Nəqliyyat Dəhlizi üzərində olan ölkələr arasında yaradılmasına da çox böyük ehtiyac var:

“1998-ci ildən başlayaraq fəaliyyət göstərən bu dəhliz mövcud potensialları tam özündə əks etdirə bilmir. Bunun da bir çox səbəbləri var. Bunlardan biri, gömrük məsələləri ilə əlaqədardır. Qeyd edim ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Azərbaycan və Rusiyadan da keçərək əsasən Hindistandan və İran Körfəzi regionundan, yüklərin Rusiya, Qərbi Avropa, Baltikyanı və Skandinaviya ölkələrinə çatdırılmasına hesablanıb. Dəhliz, Avropa və Cənub-şərqi Asiya arasında sürətli və daha sərfəli ticarət əlaqəsi yaratmaq məqsədi daşıyır. Rusiya və Azərbaycan arasında həyata keçirilməsi planlaşdırılan “sadələşdirilmiş gömrük dəhlizi” layihəsi reallaşarsa, bu həm dəhlizin perspektiv imkanlarını genişləndirmiş olacaq, həm də iki ölkə arasında ikitərəfli ticarət dövriyyələrinə müsbət təsir edəcəkdir. Düşünürəm ki, bu, həm Azərbaycan üçün, eyni zamanda, Rusiya üçün önəmli bir məsələdir”.

Gülbəniz Hüseynli / BEY.AZ

Rüya tabirlerini burdan oku
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Sadələşdirilmiş #gömrük #dəhlizi #layihəsi #Gömrükdə #nə #dəyişəcək

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu