İnfarkt keçirən Musadan xəbər var
Xəbər verdiyimiz kimi, müğənni Təranə Qumral Musa Musayevin infarkt keçirtdiyini açıqlayıb.
BEY.AZ Axşam.az-a istinadə xəbər verir ki, M.Musayev səhhəti ilə bağlı açıqlama verib. “Tarixin bir günü” verilişinə telefonla bağlanan Musa səhhətinin yaxşılaşdığını bildirib:
“İndi yavaş-yavaş yaxşılaşıram. Hər kəsə təşəkkür bildirirəm. Həkimlərin sayəsində düzəlməyə başlayıram. Allah bütün xəstələrə şəfa versin. İnşallah, yaxın vaxtlarda səhnəyə qayıdaram”.
Qeyd edək ki, Təranə açıqlamasında Musanın ikinci dəfə infarkt keçirtdiyini, ürəyinə stend qoyulduğunu söyləyib.