Xəbərlər
PSJ-də futbolçuları qorumaq üçün görün nə edirlər


PSJ-nin tibbi heyəti zədələrin qarşısını almaq üçün hər həftə oyunçulardan qan nümunələri götürür.
bey.az xəbər verir ki, bu barədə jurnalist Fabriz Houkins sosial şəbəkə X-də məlumat verib.
Mənbənin sözləri görə, qan analizləri futbolçuların yorğunluq səviyyəsini ölçmək və bununla da hər bir oyunçu üçün məşqlərin müddətini tənzimləmək məqsədilə aparılır.
Tibbi heyətin məqsədi zədələrin və yorğunluğun azalması, futbolçuların isə oyun günlərində daha yaxşı çıxış etməsidir.





