Ev Blog

Anam məni 16 yaşı olanda dünyaya gətirib, atam isə küçədən…

0

“Barselona” və İspaniya millisinin hücumçusu Lamin Yamal ulduz statusunun ağırlığını hiss edib-etmədiyi ilə bağlı suala cavab verib.
BEY.AZ xəbər verir ki, “Kadena Ser” Yamalın sözlərini sitat gətirib:
“Mən heç vaxt bu yükü öz üzərimə götürmürəm. Daha çox əziyyət çəkən insanlar var. Anam məni 16 yaşı olanda dünyaya gətirib – bu, əsl təzyiqdir. Atam isə evə yemək gətirmək üçün küçədən əşyaları toplayıb. Təzyiq budur. Etməli olduğum tək şey futbol oynamaq və ispan azarkeşlərini sevindirməkdir”.

İspaniya iyulun 2-də Avstriya ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

ABŞ helikopteri qəza enişi etdi

0

ABŞ ordusuna məxsus “MH-60S Seahawk” tipli hərbi helikopter Ərəb dənizində məcburi eniş edib.
BEY.AZ xəbər verir ki, helikopterin göyərtəsində olan bir hərbçi itkin düşüb, üç hərbçi isə xəsarət alıb.
Bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının yaydığı bəyanatda bildirilib ki, yaralıların vəziyyəti stabildir.
Məlumata görə, helikopter bölgədə yerləşdirilmiş “George H.W. Bush” təyyarədaşıyan gəmisinin tərkibində xidmət göstərirdi.
Hərbi dəniz qüvvələri itkin düşmüş ekipaj üzvünün axtarışını davam etdirir. Hadisənin başvermə səbəbləri araşdırılır.

İlkin məlumata əsasən, insidentin düşmən fəaliyyəti nəticəsində baş verdiyini göstərən heç bir əlamət yoxdur.

Çinin bunu etməsinə imkan verməyəcəyik

0

ABŞ Panama kanalını heç vaxt təhvil verməməli idi.
BEY.AZ xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Şimali Dakotada Ruzvelt Prezident Kitabxanasının açılış mərasimində deyib.
ABŞ lideri Çinin hazırda strateji su yolunu nəzarətə götürməyə çalışdığı barədə xəbərdarlıq edib.

“Biz buna imkan verməyəcəyik”,- deyə Tramp vurğulayıb.

2 295 nəfər ölüb – 7 günlük matəm elan edildi

0

Venesuelada baş vermiş güclü zəlzələlərdə həlak olanların xatirəsinə ölkədə 7 günlük milli matəm elan olunub.
BEY.AZ xəbər verir ki, Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriges iyulun 1-dən 7-dək yeddigünlük milli matəm elan edib.
O, “X” hesabında bununla bağlı paylaşım edərək həlak olanların ailələrinə başsağlığı verib, yaralananlara isə tezliklə sağalmağı arzulayıb.
Xatırladaq ki, iyunun 25-nə keçən gecə Venesuelanın şimalında 7,1 maqnitudalı zəlzələ baş verib. Daha sonra isə cəmi 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı daha iki güclü yeraltı təkan qeydə alınıb.
Son məlumata görə, zəlzələlər nəticəsində ölənlərin sayı 2 295-ə, yaralananların sayı isə 11 267-yə çatıb.

Əliyev və Lyayen mətbuata bəyanatlarla çıxış etdilər

0

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen iyulun 1-də mətbuata bəyanatlarla çıxış ediblər.
BEY.AZ xəbər verir ki, əvvəlcə dövlətimizin başçısı bəyanatla çıxış etdi.
Prezident İlham Əliyevin bəyanatı
-Hörmətli xanım Prezident, hörmətli qonaqlar, xanımlar və cənablar.
Xanım Prezident, Azərbaycana xoş gəlmisiniz. Sizi yenidən görməyimə çox şadam. Biz ötən ilin may və oktyabr aylarında Avropa Siyasi Birliyinin Zirvə görüşlərində iki dəfə görüşmüşük və ikitərəfli gündəliyimizi, həmçinin bir çox digər məsələləri geniş müzakirə etmişik.

Yeri gəlmişkən, Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlərin çox mühüm mərhələsindəyik. Bu ilin martında biz Avropa İttifaqı Şurasının Prezidenti cənab Koştanı, sonra may ayında isə Avropa diplomatiyasının rəhbəri xanım Kallası qəbul etdik. Bu gün isə Avropa Komissiyasının Prezidenti bizimlədir.
Beləliklə, deyərdim ki, əməkdaşlığımızı genişləndirmək və tərəfdaşlığımızı gücləndirmək məqsədilə hər iki tərəfin qarşılıqlı iradəsini əks etdirən münasibətlərimizdə görünməmiş dinamika müşahidə olunur. Biz Avropa Komissiyası ilə münasibətləri yüksək dəyərləndiririk. Bu gün xanım Prezident və nümayəndə heyətləri ilə birgə çox böyük təəssürat bağışlayan gündəliyi geniş şəkildə müzakirə etdik.
Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ticarətimizin 40 faizdən çoxu üzv dövlətlərlə aparılır və Azərbaycan Avropa İttifaqı üçün Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Cənubi Qafqazda ticarətin təxminən 70 faizi Azərbaycanla aparılır. Əlbəttə ki, biz enerji sahəsində əməkdaşlığımızı geniş müzakirə etdik və həmçinin xanım Prezidentin Azərbaycana dörd il əvvəlki səfəri də olduqca əhəmiyyətli idi.
Bu baxımdan biz enerji sahəsində Strateji Tərəfdaşlıq Haqqında Anlaşma Memorandumunu imzaladıq və həmin vaxtdan etibarən Avropa İttifaqının üzv dövlətlərinə Azərbaycanın təbii qaz ixracı təxminən 65 faiz artmışdır. Bu gün qaz ixracımızın yarısı Avropa İttifaqının üzv dövlətlərinə gedir və bütövlükdə, Avropa İttifaqının 10 üzvü Azərbaycan qazını alır, bu coğrafiyanı genişləndirmək potensialı da mövcuddur.
Bu gün hər ölkə üçün enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir. Azərbaycan böyük dərəcədə siyasi səylər qoymuş, diplomatik fəaliyyət aparmış və həmçinin neftimizin, qazımızın nəqli üçün infrastrukturun qurulmasına maliyyə sərmayələri yatırmışdır. Cənub Qaz Dəhlizi ümumi fəaliyyətimizin gözəl nümunəsidir. Bu gün 3500 kilometrlik vahid boru kəməri sistemləri təbii qazın Azərbaycandan Avropaya nəqlində əsas arteriya hesab edilir.
Bağlantı birmənalı olaraq müzakirələrimizin mühüm hissələrindən biridir. Azərbaycan regional daşımalar layihələrinin bir çox hallarda fəal iştirakçısı və təşəbbüskarıdır. Şərq-Qərb və Şimal-Cənub daşımalar dəhlizləri Azərbaycandan keçir və qonşularımızla, həmçinin qonşularımızın qonşuları ilə yaxşı münasibətləri bizə bütün iştirakçılara fayda gətirən çox geniş əməkdaşlıq formatını qurmağa imkan yaratdı.
Bu gün Azərbaycandan keçən yüklərin həcmi bütün istiqamətlərdə artır. Biz Azərbaycanda və qonşuluqda daşımalar infrastrukturuna böyük sərmayələr yatırdıq və bunu davam etdiririk. Yeni geosiyasi vəziyyətə gəldikdə isə görürük ki, ticarət üçün dəniz limanlarımızın, dəmir yolu infrastrukturunun imkanlarının genişləndirilməsinə ehtiyac duyulur. Bütün bunları biz cədvələ və öz maliyyə imkanlarımıza uyğun edirik.
Avropa Komissiyası ilə münasibətlərimizin kifayət dərəcədə yeni hissəsi bərpaolunan enerji ilə bağlıdır. Biz xanım Prezidentlə, həmçinin Azərbaycanın Günəş, külək və su elektrik enerji potensialını, o cümlədən artıq mövcud ötürmə xətlərini və tikiləcək yeni xətləri geniş şəkildə müzakirə etdik. Bu baxımdan biz, həmçinin strateji tərəfdaş ola bilərik.
Mən xanım Prezidentə məlumat verdim ki, indiyədək xarici və yerli şirkətlərlə imzalanmış müqavilələr bizə növbəti beş və ya altı il ərzində səkkiz giqavat Günəş və külək enerjisini əldə etmək imkanı verəcək. Bunlar yalnız imzalanan müqavilələrə aiddir və öz növbəsində, müqavilə öhdəliyi deməkdir. Lakin birmənalı olaraq, daha çox həcmlər olacaq.
Əlbəttə ki, regional təhlükəsizlik məsələlərini, xüsusən də uğurla gedən Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesini geniş şəkildə müzakirə etdik. Ötən ilin avqustunda Vaşinqtonda, Ağ Evdə Prezident Trampın iştirakı ilə Ermənistan və Azərbaycan Birgə Bəyannaməni imzaladılar. Prezident Tramp, həmçinin şahid kimi imzaladı və əlavə olaraq Ermənistan ilə Azərbaycan sülh sazişinin mətnini parafladılar. Beləliklə, de-fakto sülh qurulub və biz faydasını görürük.
Sülhü təkcə kağız üzərində deyil, gündəlik həyatda hiss etdiyimizi nümayiş etdirmək üçün bir çox birtərəfli addımlar atdıq. Azərbaycan öz ərazisi ilə Ermənistana daşınan yüklərin tranzitinə bütün məhdudiyyətləri aradan qaldırıb. Həmin məhdudiyyətlər beynəlxalq səviyyədə tanınmış ərazilərimizin Ermənistan tərəfindən işğalı səbəbindən tətbiq edilmişdi. Biz, həmçinin çox mühüm yanacağı, xüsusən də benzin və dizeli Ermənistana təchiz etməyə başlamışıq. Bu günün geosiyasi vəziyyətinə gəldikdə, onun əhəmiyyəti heç zaman olmadığı qədər daha da artır.
Beləliklə, biz göstəririk ki, sülh bizim üçün artıq hiss olunan məfhumdur, onu hiss edə bilirik və sülh şəraitində yaşamağı öyrənirik. Torpaqlarımız 30 il ərzində işğal altında qalmışdı. Biz suverenliyimizi, ərazi bütövlüyümüzü güc və siyasi vasitələrlə bərpa etdik. Biz Ermənistana sülh təklif etmişik.
Bir sözlə, sülh artıq reallıqdır. Lakin biz onu gücləndirmək, uzunmüddətli və əbədi etmək üçün ürəkdən çalışmalıyıq. Əlbəttə, biz Avropa Komissiyasının dəstəyini çox yüksək dəyərləndiririk.
Xanım Prezident, həmçinin mənə məlumat verdi ki, Avropa Komissiyası çox kömək edə bilər və bunu arzulayır. Bu baxımdan biz hər hansı köməyi, hər hansı yardımı yüksək dəyərləndirərdik. Düşünürəm ki, bütün bunlar regiondakı dinamikanı gücləndirərək Cənubi Qafqazı hər hansı ərazi iddialarından, hər hansı münaqişədən azad, tərəfdaşlıq, əməkdaşlıq və sülh regionuna çevirəcək.
Xanım Prezident, bir daha Azərbaycana xoş gəlmisiniz. Sizə xoş səfər arzu edirik.

x x x
Sonra Avropa Komissiyasının Prezidenti bəyanatla çıxış etdi.
Prezident Ursula Fon der Lyayenin bəyanatı
-Prezident Əliyev, səmimi qəbulunuza görə təşəkkür edirəm.
Bakıya qayıtmaq xoşdur. Bu, möhtəşəm şəhərdir, burada zəngin və qədim irs cazibəli müasir memarlıqla qovuşur. Bu, bu gün gördüyümüz Azərbaycanın gələcəyə yönəlmiş planlarının təzahürüdür. Bu gün mən Avropa İttifaqı üçün olduqca əhəmiyyətli tərəfdaşlığı dərinləşdirmək məqsədilə buradayam. Bu tərəfdaşlıq Prezidentin indicə təsvir etdiyi kimi real təkana malikdir. Lakin ilk növbədə, icazə verin, bu regionda bir neçə onilliklər baxımından baş vermiş ən mühüm hadisəyə istinad edim. Sülh. İcazə verin, Ermənistanla tarixi sülh müqaviləsini başlatmağınız münasibətilə Sizi təbrik edim. Siz regionda sülhün və əməkdaşlığın təşviq olunmasında şəxsi liderlik keyfiyyətlərini nümayiş etdirdiniz. Bu, sabitlik, etimad və ortaq rifah üçün yeni imkanlar yaradır. Avropa İttifaqı bu prosesi qəti şəkildə dəstəkləyir. Biz bunu davam etdirəcəyik. Biz kağız üzərində sülhü birlikdə real sülhə çevirə bilərik. Məhz buna görə biz bu gün burada birlikdə çalışırıq.
Bu məni bu gün açıqlayacağım ilk xəbərə gətirib çıxarır. Biz bağlantı vasitəsilə sülhü gücləndirmək istəyirik. Biz “Qlobal Qapılar” Sərmayə Proqramımız vasitəsilə Cənubi Qafqazda nəqliyyata, enerjiyə və rəqəmsal keçidlərə 200 milyon avroya qədər qrant şəklində sərmayə yatıracağıq. Bunun dövlət və özəl sərmayələr formasında 2 milyard avroya qədər vəsaitləri cəlb etmək potensialı var. Layihələrə Naxçıvandan keçən dəmir yolu bağlantısı və ya Bakı limanının inkişaf etdirilməsi daxil ola bilər.
Cənubi Qafqaz Avropanı, Xəzər regionunu və Mərkəzi Asiyanı birləşdirən dünyanın ən möhtəşəm kəsişmələrindən biridir. Onun strateji əhəmiyyəti artmaqda davam edir. Azərbaycan burada əsas rol oynaya bilər. Regional əməkdaşlığı və sabitliyi irəli aparmaq üçün çox az sayda ölkənin sizin ölkəniz kimi yerləşməsi var. Azərbaycan öz strateji coğrafiyasını artan iqtisadi, siyasi və regional nüfuzu ilə düşünülmüş şəkildə birləşdirir. Məhz buna görə biz Avropa İttifaqı-Azərbaycan Bağlantı Tərəfdaşlığının başlanılmasını təklif edirik. Bu, nəqliyyat, enerji və rəqəmsal bağlantını əhatə etməklə Yüksəksəviyyəli Bağlantı Dialoqu ilə sıx bağlıdır. Həmçinin yaxşı olardı ki, burada – Bakıda Regional Bağlantı Sərmayə Konfransının təşkil edilməsi üzərində də işləyək. Beləliklə Avropanı, Cənubi Qafqazı və Mərkəzi Asiyanı bir araya gətirəcəyik.
Açıqladığım ikinci yeni xəbər 20 milyon avro dəyərində olan sülhün inkişafı proqramı ilə bağlıdır. Biz sülhün regionda bərqərar olmasına, sülhün verdiyi faydaların insanların, sərhəd regionlarında yaşayanların gündəlik həyatlarında görünməsinə birlikdə kömək etmək istəyirik. Biz, məsələn, təcili yardım maşınlarının təchiz olunması ilə daha yaxşı səhiyyəyə sərmayə yatıracağıq. Biz, həmçinin minatəmizləmə vasitəsilə təhlükəsizliyə diqqət yetirəcəyik. Biz kənd yerlərinin inkişafı, suyun təchizatı, bu günün dili ilə desək, dəqiq əkinçilik və bu kimi sahələr vasitəsilə daha güclü yerli icmaların inkişafına sərmayə yatıracağıq və əlbəttə ki, kiçik və orta müəssisələrə dəstək göstərəcəyik.
İndi isə icazə verin, enerjiyə keçim. O, tərəfdaşlığımızın ən güclü pillələrindən biri kimi qalmağa davam edir. Son illərdə Azərbaycan Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşı olduğunu sübuta yetirmişdir. Biz Rusiyanın enerjini silah kimi istifadə etdiyi və qazı kəsdiyi zaman Azərbaycanın irəliyə çıxdığını unutmamışıq. Cənub Qaz Dəhlizi həqiqətən Avropanın enerji təhlükəsizliyini gücləndirib və bu, heyrətamiz uğur hekayəsidir. Mən buna görə Sizə təşəkkürümü ifadə etmək istəyirəm. İndi biz növbəti səhifəni hazırlayırıq. Azərbaycan gələcəyin enerjisinə sərmayə yatırır. Xəzər dənizində külək enerjisini istehsal etmək kimi planlarınız var. Sizin təmiz elektrik enerjisi qovşağına çevrilmək üçün həm planınız, həm potensialınız var. Bu da Avropa İttifaqının özünün təmiz enerjiyə keçid prosesi ilə tamamilə uzlaşır. Beləliklə biz bərpaolunan enerji mənbələri, elektrik enerjisinin qarşılıqlı nəqli və regional enerji şəbəkələri kimi sahələrdə əməkdaşlığımızı dərinləşdirmək üçün nəhəng potensialı görürük. Azərbaycanı Avropa İttifaqı ilə birləşdirən “Yaşıl Enerji Dəhlizi”ni qurmaq üçün planlarınızı alqışlayırıq. Bərpaolunan enerji mənbələrinin daha çox istehsalı ixrac üçün daha artıq qaza qənaət edə və qonşularla bölüşərək regional enerji təhlükəsizliyini gücləndirə bilər. Biz Sizin Ermənistana gedən elektrik enerjisi kabeli ilə bağlı təklifinizi çox alqışlayırıq. Bu, çox maraqlı məqamdır. Beləliklə mənim təsvir etdiklərim əsasən odur ki, bərpaolunan enerji mənbələri iqtisadiyyatlarımızın gələcəyini irəli aparır. Burada – Cənubi Qafqazda bu proseslər, həmçinin sülhün irəli aparılmasına kömək edə bilər.
Nəhayət biz iqtisadi tərəfdaşlığımızın dərinləşdirilməsi yollarını müzakirə etdik. Avropa İttifaqı artıq Azərbaycanın ən böyük ticarət tərəfdaşı və ən iri sərmayədarıdır. Hazırda bu işi davam etdirmək istəyirik. Yeni hərtərəfli saziş üzərində müzakirələrin yenidən başlanması vacib bir addımdır. Bu, Azərbaycan ilə Avropa İttifaqı arasında hətta daha çox ticarətin aparılması üçün imkanlara yol aça bilər və biz bu məsələdə tərəqqiyə nail olmaq üçün birlikdə çalışacağıq.
Prezident Əliyev, Avropa İttifaqı bu regionun parlaq gələcəyinə inanır. Beləliklə gəlin, dinc Cənubi Qafqaz naminə, Avropaya, Xəzər regionuna və Mərkəzi Asiyaya bağlantısı olan Cənubi Qafqaz naminə, aramızdakı həmişəkindən daha güclü tərəfdaşlıq naminə birlikdə çalışaq. Çox sağ olun.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Leyen iyulun 1-də mətbuata bəyanatlarla çıxış ediblər.
BEY.AZ xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen iyulun 1-də mətbuata bəyanatlarla çıxış edirlər.
BEY.AZ xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

İqbal Ağazadənin adından mesajlar göndərib pul istəyirlər…

0

Ümid Partiyasının sədri, sabiq deputat İqbal Ağazadə “Telegram” hesabının dələduzlar tərəfindən ələ keçirilib.
BEY.AZ xəbər verir ki, bu barədə partiya sədrinin özü sosial şəbəkə hesabında məlumat yayıb.
İqbal Ağazadənin sözlərinə görə, naməlum şəxslər onun “Telegram” nömrəsini ələ keçirərək kontakt siyahısında olan şəxslərə onun adından mesajlar göndərir və pul istəyirlər.
Sabiq deputat hüquq-mühafizə orqanlarına da müraciət edib: “Daxili İşlər Nazirliyinə, şəxsən cənab nazir Vilayət Eyvazova operativ münasibət və araşdırma üçün təşəkkür edirəm”.
İ.Ağazadə vətəndaşları onun adından göndərilən mesajlara inanmamağa və həmin kart hesablarına hər hansı vəsait köçürməməyə çağırıb.

Onun “Telegram” hesabı vasitəsilə aldadılan şəxslər arasında jurnalist Ləman Ələşrəfqızı da var. Bu barədə jurnalist özü məlumat paylaşıb.

Ələşrəfqızı bildirib ki, naməlum şəxs Ümid Partiyasının sədri İqbal Ağazadənin adından açılmış saxta teleqram hesabı vasitəsilə ondan pul istəyib:
“Həmin şəxs İqbal Ağazadənin adı ilə “Ləman xanım, xəstəxanadayam, kartımda pul yoxdur. Sizdə 300 manat varsa atın, 2-3 saata göndərəcəm” yazdı. Mən də heç nə soruşmadan “baş üstə, İqbal bəy” dedim. Ardınca daha 420 manat istədi, kartımda olan 300 manatı da göndərdim. Toplam 600 AZN köçürəndən sonra həmin şəxs teleqram vasitəsilə qısa zəng etdi və daha 340 manat istədi. Yalnız onda şübhələndim. Zəng etdim, qaldırmadı. İqbal bəyin öz nömrəsinə yığanda məlum oldu ki, onun hesabı oğurlanıb və bu barədə feysbukda məlumat paylaşıb”.
DİN-in Mətbuat Xidmətindən isə bildirilib ki, məsələ nəzarətə götürülüb və araşdırılır.

Bu, Azərbaycan və ABŞ münasibətlərində yeni mərhələ açdı

0

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması iki ölkə münasibətlərinin inkişafında tarixi mərhələ kimi qiymətləndirilir.
BEY.AZ Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Baş nazirin müavini Samir Şərifov ABŞ-nin müstəqilliyinin 250-ci ildönümü münasibətilə keçirilən rəsmi qəbulda bildirib.
Onun sözlərinə görə, Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması Azərbaycan-ABŞ münasibətlərinin inkişafında yeni mərhələnin əsasını qoyub və iqtisadi əməkdaşlığın institusional mexanizmlərinin daha da gücləndirilməsinə xidmət edir:

“Bu sənəd ölkələr arasında yüksək səviyyəli siyasi dialoqun, iqtisadi əməkdaşlığın və digər qarşılıqlı maraq doğuran sahələr üzrə tərəfdaşlığın genişlənməsi üçün mühüm zəmin yaradır”.

Mərkəzi Bank valyuta bazarına müdaxilə etdi

0

Cari ilin iyun ayında Mərkəzi Bank tərəfindən valyuta bazarında 394 mln. ABŞ dolları məbləğində alış yönlü əməliyyat aparılıb.
BEY.AZ xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının məlumatında bildirilib.
Bildirilib ki, tədiyə balansının cari əməliyyat balansında profisitin artması və maliyyə sektorunda de-dollarlaşma prosesinin getməsi şəraitində valyuta bazarında təklifin tələbi üstələməsi meyili davam edir. Bu proses həm nağd, həm də qeyri-nağd seqmentlərdə müşahidə olunur.
Xatırladaq ki, aprel ayında Mərkəzi Bankın alış yönlü müdaxiləsi 1 milyard ABŞ dolları həcmində olmuşdur. Nəticədə, valyuta bazarında həyata keçirilən əməliyyatlar və valyuta ehtiyatlarının idarə edilməsindən əldə olunan gəlirlər nəticəsində iyun ayında Mərkəzi Bankın valyuta ehtiyatları 445 milyon ABŞ dolları, ilin əvvəlindən isə 1,64 milyard ABŞ dolları artıb.

Qeyd edilib ki, valyuta bazarından alınmış xarici valyutanın tam və ya bir hissəsinin 2026-cı ilin qalan dövründə bazarda formalaşacaq tələbdən asılı olaraq tarazlığın təmin edilməsi məqsədilə yenidən bazara yönəldilməsi istisna edilmir.

“Makroiqtisadi sabitliyin qorunması məqsədilə Mərkəzi Bank valyuta bazarında alış və ya satış yönlü əməliyyatlarda iştirakını davam etdirəcəyi təqdirdə bu barədə məlumat açıqlanacaq”, – məlumatda vurğulanıb.

İlham Əliyevin Lyayenlə geniş tərkibdə görüşü oldu

0

İlham Əliyevin Lyayenlə geniş tərkibdə görüşü oldu

Onun beynəlxalq yarışlarda Azərbaycanı təmsil etməsinə icazə verildi

0

Fiqurlu konkisürən Aleksandr Plyuşenkonun 2026/2027 mövsümündən etibarən beynəlxalq yarışlarda Azərbaycan bayrağı altında çıxış etməsinə icazə verilib.
Bu barədə BEY.AZ-a Azərbaycan Qış İdman Növləri Federasiyasından bildirilib.
Bununla bağlı Beynəlxalq Fiqurlu Konkisürmə Federasiyasına ünvanlanan müraciət müsbət qiymətləndirilib və idmançının Azərbaycanı beynəlxalq arenada təmsil etməsinə rəsmi razılıq verilib.

Azərbaycan Qış İdman Növləri Federasiyası qarşıdakı dövrdə də fiqurlu konkisürmə ilə yanaşı, digər qış idman növlərinin inkişafı, perspektivli idmançıların cəlb olunması, paralel olaraq yerli idmançıların hazırlanması və Azərbaycanın beynəlxalq idman aləmində mövqeyinin daha da möhkəmləndirilməsi istiqamətində effektli fəaliyyətini davam etdirəcək.

Dünyanın ən yaxşı 5 hücumçusundan 3-ü oradadır

0

İsveç millisinin sabiq hücumçusu Zlatan İbrahimoviç Fransanın hücum potensialını yüksək qiymətləndirib.
BEY.AZ xəbər verir ki, İbra dünyanın ən yaxşı 5 hücumçusundan 3-ün Fransanın heyətində olduğunu bildirib.
“Dünyanın ən yaxşı beş oyunçusundan üçü hücumdadır – Dembele, Olish və Mbappe. Digər ikisi Haaland və Yamaldır;. Messi isə başqa səviyyədir.
Fransanın hücumunda ən yaxşılardan üçü var! Və bundan kombinasiya yaratmaq asan deyil. Məsələn, PSJ-də Mbappe, Messi və Neymar olanda bu, 100% effektiv deyildi.

Amma bu uşaqlarda kimin bir nömrəli olacağını anlamaq üçün eqo yoxdur. Həm də onlar öz işlərini topsuz da görürlər ki, bu da daha vacibdir. Çünki biz onların topla nə edə biləcəklərini bilirik”, – İbra deyib.

Müəllif: Tural

Rusiya istehsalı “Baltika” yenidən Azərbaycanda

0

“Baltika” pivə istehlakı mədəniyyətini yalnız Rusiyada deyil, məhsullarını ixrac etdiyi ölkələrdə də inkişaf etdirir. İyunun 24-də şirkət Bakıda pivənin düzgün təqdimatı və müxtəlif yeməklərlə uyğunlaşdırılması mövzusuna həsr olunmuş xüsusi qastronomik tədbir təşkil edib.
Rusiyanın pivə istehsalı sahəsinin liderlərindən biri olan «Baltika» pivə istehlakı mədəniyyətinin formalaşdırılmasına, o cümlədən pivənin müxtəlif yeməklərlə düzgün uyğunlaşdırılması sənətinin inkişafına xüsusi önəm verir. Tədbir iştirakçıları “Baltika” şirkətinin, o cümlədən alkoqolsuz məhsullarının xüsusiyyətləri ilə yaxından tanış olmaq, həmçinin zərif qəlyanaltılar, ət yeməkləri və desertlərlə birlikdə pivənin yeni dad çalarlarını kəşf etmək imkanı əldə ediblər.
“Pivə zəngin tarixə və yüksək qastronomik potensiala malik içkidir. “Baltika”nın 35 illik fəaliyyəti ərzində biz pivə istehsalı sahəsində böyük təcrübə toplamışıq və inanırıq ki, pivənin məsuliyyətli və ölçülü istehlakı insanların dad təəssüratlarını zənginləşdirə və tanış məhsullara yeni çalarlar qata bilər. Bakıda yaşayan insanlara yeni qastronomik üfüqlər açmaq imkanı qazandığımız üçün çox məmnunuq”, – deyə “Baltika” Pivə Şirkətinin İnkişaf və Effektivlik üzrə direktoru Vitali Şayxutdinov bildirib.
Tədbirin xüsusi atmosferini yaratmaq məqsədilə restoranın dəbdəbəli interyeri xüsusi dekor elementləri ilə tamamlanıb, gecənin ümumi ovqatını isə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti Nərmin Əliyevanın çıxışı daha da zənginləşdirib. Tədbirdə restoran sahibləri və satış kanallarının nümayəndələri, tanınmış bloggerlər və KİV nümayəndələri, Azerish LTD və «Baltika» Pivə Şirkətinin əməkdaşları, həmçinin Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyinin nümayəndələri iştirak ediblər.
“Baltika” Azərbaycanda məhsul çeşidini genişləndirməyə hazırdır. Hazırda şirkət ölkəyə “Baltika” pivə xəttini, həmçinin “Kuler”, Blanche Bière və Old Bobby brendlərini ixrac edir. 2024-cü ildən etibarən Rusiyada istehsal olunan “Baltika” Pivə Şirkətinin məhsulları rəsmi olaraq Azərbaycana tədarük edilir. Azerish LTD isə brendin ölkədə rəsmi idxalçısı və distribütoru olaraq onun bazardakı mövqeyinin gücləndirilməsi və pivə istehlakı mədəniyyətinin inkişafı istiqamətində fəal fəaliyyət göstərir.

“Baltika” Pivə Şirkəti Rusiyanın aparıcı istehlak malları istehsalçılarından biridir. Şirkətin məhsul portfelinə 50-dən çox brend (“Baltika”, “Nevskoe”, “Arsenalnoye”, “Yarpivo”, “Don” və s.), həmçinin “Xrustalnaya” içməli suyu daxildir. Şirkət 8 pivə zavodu və 2 səməni istehsalı müəssisəsini idarə edir, pivəlik arpa yetişdirilməsi üzrə öz aqrar proqramını və mayaotu becərilməsi layihəsini həyata keçirir. Dünya səviyyəli keyfiyyəti sayəsində şirkətin brendləri peşəkar və istehlakçı müsabiqələrində 700-dən çox Rusiya və beynəlxalq mükafata layiq görülüb.

Azerish LTD 2024-cü ildən etibarən Azərbaycanda “Baltika” Pivə Şirkətinin məhsullarının rəsmi idxalçısı və distribütorudur. Şirkət ölkə bazarında brendlərin inkişafı istiqamətində fəaliyyət göstərir, aparıcı pərakəndə satış şəbəkələri və HoReCa sektoru ilə əməkdaşlıq edir, həmçinin pivə istehlakı mədəniyyətinin inkişafına yönəlmiş layihələri həyata keçirir.
[email protected], www.baltika.ru
[email protected], www.azerishltd.com

İşarət dili ilə xidmət artıq filiallarda

0

Ölkənin ilk rəqəmsal bankı eşitmə və nitq məhdudiyyətli müştərilər üçün təqdim etdiyi inklüziv xidmət imkanlarını genişləndirir. Belə ki, ötən il Birbank mobil tətbiqində “İşarət dili ilə videozəng xidməti”nin yaradılmasının ardından artıq bankın seçilmiş filiallarında da İşarət dilində xidmət almaq mümkündür.
Hazırda bu xidmət Birbank-ın Bakı şəhərində yerləşən Abşeron, Qara Qarayev, Sahil, Binəqədi, Gənclik Mall və Gəncə şəhər filiallarında əlçatandır. Ümumilikdə bankın 20-yə yaxın əməkdaşı İşarət dili üzrə xüsusi təlimlər keçərək müştərilərlə birbaşa və rahat ünsiyyət qurmaq üçün zəruri bilik və bacarıqlara yiyələnib.

Qeyd edək ki, Birbank ötən il “Əngəlsiz bankçılıq” layihəsi çərçivəsində Azərbaycanın bank sektorunda ilk dəfə olaraq eşitmə və nitq məhdudiyyətli şəxslər üçün Birbank mobil tətbiqində “İşarət dili ilə videozəng xidməti”ni istifadəyə verib. Layihənin genişləndirilməsi ilə eşitmə və nitq məhdudiyyətli müştərilər artıq həm rəqəmsal kanallar, həm də fiziki xidmət nöqtələri vasitəsilə bank xidmətlərindən rahat şəkildə yararlana bilərlər. Hazırda bankın 3000-ə yaxın eşitmə və nitq məhdudiyyətli müştərisi mövcuddur. Birbank bu təşəbbüslə maliyyə xidmətlərini hər kəs üçün daha əlçatan etməyə, bərabər xidmət imkanları yaratmağa və inklüziv bankçılıq təcrübəsinin inkişafına töhfə verməyə davam edir. Gələcəkdə işarət dili ilə xidmət göstərilən filialların sayının daha da artırılması nəzərdə tutulur.

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 114 filial və 52 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Birbankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

İsrail ordusundan rekord büdcə tələbi: Son sözü Netanyahu deyəcək

0

İsrail ordusu artan hərbi xərclər fonunda hökumətdən müdafiə büdcəsinin 38,9 milyard dollardan 49,5 milyard dollara çatdırılmasını tələb edib.
BEY.AZ xəbər verir ki, bu barədə İsrailin “Yedioth Ahronoth” qəzeti məlumat yayıb.
Bildirilib ki, ordu mövcud büdcə ilə fəaliyyət göstərməkdə çətinlik çəkdiyini, bu səbəbdən ehtiyat hərbçilərin sayını azaltmağa və yüksək maliyyətli hərbi əməliyyatlardan yayınmağa məcbur qaldığını bildirib.
Lakin Maliyyə Nazirliyi bu tələbi “məntiqsiz” adlandıraraq əlavə vəsaitin ayrılmasına qarşı çıxıb. Nazirlik hesab edir ki, müdafiə xərclərinin bu həcmdə artırılması mülki sahələrdə ciddi ixtisarlara və ölkənin beynəlxalq kredit reytinqinin zəifləməsinə səbəb ola bilər.

Məlumata görə, İsraildə iki nazirlik arasında yaranan büdcə böhranı ilə bağlı yekun qərarı Baş nazir Benyamin Netanyahu verəcək.

Müəllif: Roza

Bu şəxslər dövlətdən ömürlük müavinət ala bilər

0

Azərbaycanda bəzi dövlət qulluqçuları əmək pensiyası almaq hüququ əldə etməsələr belə, müəyyən şərtlər daxilində ömürlük sosial müavinət ala bilərlər.
BEY.AZ Baku.ws istinadla xəbər verir ki, bunun üçün qanunvericilikdə nəzərdə tutulan tələblərə cavab vermək kifayətdir.
Mövcud qaydalara əsasən, inzibati və yardımçı vəzifələrdə çalışan dövlət qulluqçuları pensiya yaşına çatdıqları və ya əlilliyə görə könüllü şəkildə dövlət qulluğundan ayrıldıqları halda bu hüquqdan yararlana bilərlər. Lakin bunun üçün onların ən azı 15 il dövlət qulluğu stajı olmalı, eyni zamanda əmək pensiyası almaq hüququ qazanmamış olmaları tələb edilir.
Müavinətin məbləği dövlət qulluqçusunun son vəzifəsi üzrə aldığı dövlət məvacibinə əsasən hesablanır. Hesablama zamanı işdən çıxmazdan əvvəlki son 12 təqvim ayının orta aylıq əməkhaqqısı nəzərə alınır. Əgər şəxs dövlət qulluğunda 12 aydan az işləyibsə, müavinət faktiki işlədiyi tam aylar üzrə hesablanır.
Qanunvericiliyə əsasən, aylıq ödənilən müavinət dövlət qulluqçusunun hesablanmış dövlət məvacibinin 15 faizi həcmində müəyyən edilir. Dövlət məvacibinə vəzifə maaşı ilə yanaşı, mükafatlar və qulluq stajına, ixtisas dərəcəsinə görə verilən əlavələr də daxildir.

Bu müavinət ömürlük təyin olunur. Lakin şəxs sonradan yenidən dövlət qulluğuna qəbul edilərsə, müavinətin ödənişi dayandırılır.

Müavinət almaq istəyən şəxslər hüquqları yarandıqdan sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun yerli qurumuna, DOST mərkəzlərinə və ya müvafiq vahid əlaqələndirmə mərkəzlərinə müraciət edə bilərlər.
Müraciət zamanı şəxsiyyət vəsiqəsinin surəti, əmək kitabçasının surəti və ya ondan çıxarış, həmçinin son dövlət məvacibi barədə arayış təqdim edilməlidir.
Qurum müraciətə 10 gün ərzində baxaraq qərar qəbul edir. Müavinətin təyin edilməsindən imtina olunarsa, müraciət edən şəxsə bunun səbəbi 5 gün ərzində rəsmi şəkildə bildirilir. Vətəndaş bu qərardan inzibati qaydada və ya məhkəmə vasitəsilə şikayət verə bilər.
Qeyd edək ki, şəxs müavinət almaq hüququna malik olduğu halda vaxtında müraciət etməyibsə, ödənişlər ən çox üç il əvvəlki dövr üçün hesablanaraq verilə bilər.

Könül Xasıyeva tənqidlərə belə CAVAB VERDİ

0

Son günlər Azərbaycanın Xalq artisti Könül Xasıyeva ilə bağlı tənqidi fikirlər dolaşmaqdadır. Xalq artistini bəzən açıq-saçıq lətifələr, maraqlı və maraqlı olduğu qədər də qeyri-etik zarafatlar etməkdə qınayırlar.
Məsələn, bugünlərdə “Tik-tok” sosial platformasında paylaşılan videoda Könül Xasıyeva qeyd edir ki, mərhum Xalq artisti Arif Babayev gənc xanəndələrdən birinin ifasını dinləyir. Gənc xanəndə mahnının sözlərini yanlış – “Gəlmişəm otağına, oyadam səni, qaragiləm” əvəzinə “Gəlmişəm yatağına, oyadam səni, qaragiləm” ifa edir. A.Babayev onun ifasını yarımçıq dayandıraraq qeyd edir:
– Bala, birinci otağa gir, sonra yatağa girərsən”.
Bu cür lətifəyə çevrilmiş zarafatlar artıq sosial plaformalarda davamlı palyaşılır və bu üzdən Könül Xasıyeva ciddi tənqid atəşinə tutulur.
Bəs Xalq artisti bu tənqidlərə necə yanaşır?

BEY.AZ xəbər verir ki, Könül Xasıyeva Bakıvaxtı.az-a açıqlamasında səsləndirilən qınaqlardan xəbərdar olduğunu deyib:
“Tənqidlərə cavab vermək istəmirəm. 60 yaşım var, danışdıqlarımı danışmışam”.