Ev Blog

Sürücülər cərimələrdən beziblər – Ermənistan qəzeti

Ermənistan artıq cərimələr ölkəsinə çevrilir.
Publika.az xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti məlumat yayıb. Nəşr yazıb ki, Daxili işlər naziri Arpine Sarkisyanın əmri ilə Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyi gücləndirilmiş iş rejiminə keçib. Məlumata görə, bu gücləndirilmiş iş rejiminin bir hissəsi cərimələrlə bağlıdır. Belə ki, sürücülər əvvəlcədən xəbərdarlıq edilmədən və ya preventiv tədbirlər görülmədən saxlanılır, yaxud da dərhal cərimələnirlər: “Xüsusən də texniki baxışla bağlı, eləcə də digər yol hərəkəti qaydalarının pozulmasına görə belə sərt tədbirlərgörülür. Bir çox sürücü bu tədbirlərdən narazıdır. Onlar bu prosesin çox vaxt profilaktik tədbir və ya hansısa ilkin xəbərdarlıq kimi deyil, yalnız birbaşa cərimə tətbiq etməyə yönəlmiş bir gedişə çevrilməsindən narazıdırlar”.
Məqalədə yazılıb ki, əvvəllər belə nəzarət və icra tədbirləri yalnız cəzalandırıcı deyil, həm də məlumatlandırıcı və profilaktik olurdu: “Lakin şikayət edən sürücülərin sözlərinə görə, patrul əməkdaşları müəyyən vaxtlarda və yerlərdə gizli müşahidə aparırlar. Bununla da əsas məqsəd sürücüləri nəyin bahasına olursa olsun cərimələmək olur. Bir sözlə, seçkiqabağı Ermənistanda sürücülər cərimə üçün sözün həqiqi mənasında “materiala”, əsas hədəfə çevriliblər”.

Müəllif: Tural

“Mercedes-Benz” müdafiə sənayesinə keçir

Almaniyanın avtomobil istehsalçısı “Mercedes-Benz” müdafiə sənayesi bazarına daxil olma ehtimalını istisna etməyib.
Publika.az xəbər verir ki, bu barədə şirkətin baş direktoru Ola Kallenius “The Wall Street Journal”a müsahibəsində bildirib.
“Dünya getdikcə daha gözlənilməz olur. Məncə, Avropa müdafiə qabiliyyətini gücləndirməlidir. Əgər biz bu prosesdə rol oynaya bilsək, bunu etmək istərdik”, – deyə o vurğulayıb.
Kallenius qeyd edib ki, müdafiə sahəsi ilə bağlı istehsal şirkətin minik və yük avtomobilləri biznesi ilə müqayisədə fəaliyyətinin kiçik hissəsini təşkil edəcək.

Bundan əvvəl “Der Spiegel” jurnalı Almaniya–Fransa müdafiə şirkəti KNDS-in “Mercedes-Benz”lə Berlinin cənubundakı Lüdviqsfeld şəhərində yerləşən zavodun alınması ilə bağlı danışıqlar apardığını yazmışdı.

Dünyanın ən fəal terrorçusu məhv edildi

ABŞ Prezidenti Donald Tramp İŞİD terror təşkilatının Afrika qitəsindəki liderlərindən birinin məhv edildiyini açıqlayıb.
Publika.az xəbər verir ki, o, bu barədə “Truth Social”da məlumat yayıb.
“Mənim göstərişimlə rəşadətli Amerika hərbçiləri və Nigeriya Silahlı Qüvvələri dünyanın ən fəal terrorçusu – Əbu Bilal əl-Minukinin döyüş meydanından kənarlaşdırılması üzrə diqqətlə hazırlanmış və son dərəcə mürəkkəb əməliyyatı qüsursuz şəkildə həyata keçirdilər”, – ABŞ lideri bildirib.
Trampın sözlərinə görə, onun məhv edilməsi İŞİD-in fəaliyyətini əhəmiyyətli dərəcədə sarsıdıb.
“O, artıq Afrika xalqları arasında dəhşət saçmayacaq və Amerika vətəndaşlarına qarşı yönəlmiş əməliyyatların hazırlanmasında iştirak edə bilməyəcək”, – Ağ Ev rəhbəri qeyd edib.

Tramp bu əməliyyatın keçirilməsində göstərdiyi köməyə görə Nigeriya hökumətinə minnətdarlığını bildirib.

Onlar da boşanır: 13 illik evlilik bitir

Onlar da boşanır: 13 illik evlilik bitir

Sinif yoldaşını döyən şagird elə görüntüsünü paylaşdı ki…

Xəbər verdiyimiz kimi, mayın 12-də 271 nömrəli tam orta ümumtəhsil məktəbinin sanitar qovşağında tənəffüs zamanı IX sinif şagirdi digər şagirdə qarşı zorakılıq edib və görüntüləri öz sosial şəbəkə hesabında paylaşıb.Publika.az Milli.az-a istinadən xəbər verir ki, Natiq adlı həmin şagird gündəmdə qalmaqda davam edir. Bu dəfə o, əlində bıçaqla fotosunu yayımlayıb.Məktəb rəhbərliyi görüntülər sosial şəbəkədə yayıldıqdan sonra hadisədən xəbərdar olub.

Bu yolda uçqun: Qayalar yolun ortasına düşdü

İsmayıllı rayonu ərazisində uçqun hadisəsi qeydə alınıb.
Publika.az xəbər verir ki, bu barədə məlumat Baku.ws-in qaynar xəttinə daxil olub.
Hadisə zamanı Lahıc istiqamətindəki dağ yolunda iri qaya parçaları yola tökülüb. Yamacdan qopan böyük daşlar yolun hərəkət hissəsinə düşüb.

MMA tarixinin ən yaxşı döyüşçüsü mənəm

UFC-nin ağır çəkidə keçmiş çempionu Fransis Nqannu özünü MMA tarixinin ən yaxşı döyüşçüsü adlandırıb.
Publika.az xəbər verir ki, Fransis Nqannu mətbuat konfransında bildirib:
“Mən MMA tarixinin ən yaxşı döyüşçüsüyəm. Bəli, müəyyən bir məqamda boksa diqqət yetirdim. Amma geri qayıtmaq mənim üçün asan oldu. Fərqi hiss etdim və fərqli bir intizam növünə baxdım. Boksda da çox məşq etdim. İndi isə əlimdən gələni edəcəyəm”.

Nqannu, “Most Valuable Promotions” (MVP) liqa turnirinin əsas qarşılaşmasında braziliyalı Felipe Lins ilə qarşılaşacaq. Döyüş 16-17 may gecəsi ABŞ-ın Los-Anceles şəhərində keçiriləcək.

Müşfiqin Atatürkə yazdığı şeir tapıldı

Azərbaycanın görkəmli şairi Mikayıl Müşfiqin Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkə həsr etdiyi şeir üzə çıxıb.
Publika.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə tanınmış yazıçı Əlabbas Bağırov bildirib.
“Bir dostumun Türkiyədən göndərdiyi bu şerin Müşfiqin olduğunu iddia etmirəm. Dəqiqini şairin tədqiqatçıları və özünü o sahəyə bir köynək yaxın hesab edənlər bilərlər. Bu, gerçəkdənmi nakam şairin leksikası, deyimi, nəfəsidirmi? Daha bir tarixdən silinmiş və qaranlıq səhifəyə işıq düşə bilər”, – o qeyd edib.

Sözügedən şeiri təqdim edirik:

Nərimanovun sabiq icra başçısı vəfat etdi

Uzun illər Bakı şəhəri Nərimanov rayonu İcra hakimiyyətinin başçısı vəzifəsində çalışmış Zülfüqar Kazımov vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Qeyd edək ki, Zülfüqar Kazımov 1999-2004-cü illərdə həmin vəzifədə çalışıb. (Qafqazinfo)

Günün ulduz falı: romantik anlar yaşanacaq

Publika.az bu günün qoroskopunu təqdim edir:
Qoç
Karyera və iş mühitində iddialı bir gün keçirəcəksiniz. Yeni layihələrə başlamaq üçün enerjiniz yerindədir, lakin rəhbərliklə ünsiyyətdə tonunuzu tənzimləmək və aqressiv görünməmək şanslarınızı artıracaq. Axşamı fiziki aktivliyə ayıraraq gərginliyi ata bilərsiniz.
Buğa
Büdcə planlaması və maliyyə məsələləri günün əsas mövzusudur. Gözlənilməz xərclər çıxa bilsə də, intuisiyanıza güvənərək sərfəli alış-verişlər edə bilərsiniz. Maddi sabitliyi qorumaq üçün gələcək investisiyaları düşünmək vaxtıdır.
Əkizlər
Diqqət mərkəzində olduğunuz, sosial əlaqələrin gücləndiyi bir gündür. Yeni tanışlıqlar və fikir mübadilələri sizə kreativ ideyalar verəcək, lakin aldığınız məlumatları yoxlamadan qərar verməməlisiniz. Köhnə dostlardan gələn xəbərlər gününüzü rəngləndirəcək.
Xərçəng
Daxili dünyanıza çəkilib düşünmək və emosional həssaslığınızı tənzimləmək üçün münasib vaxtdır. Keçmiş məsələləri bağışlayıb irəli baxmaq ruhsal rahatlıq gətirəcək. Evdə vaxt keçirmək və ya su kənarında gəzinti enerjinizi bərpa edəcək.

Şir
Liderlik qabiliyyətinizin ön plana çıxdığı, ətrafınızdakıların sizdən məsləhət aldığı bir gündür. Komanda işinə üstünlük versəniz, uğur qaçılmaz olacaq. Özünüzü həddindən artıq öhdəliklərlə yormamağa və sağlamlığınızı qorumağa çalışın.
Qız
İş yerində detallara diqqət yetirmək sizi böyük səhvlərdən xilas edəcək. Sənədləşmə və hesabat işlərində planlı hərəkət etmək stresinizi azaldacaq. Sağlam qidalanmaya üstünlük verərək həzm sisteminizi qorumalısınız.
Tərəzi
Münasibətlərdə harmoniya və tarazlıq axtaracağınız bir gündür. Diplomatiya və sülhsevər yanaşmanız sayəsində yaranmış anlaşılmazlıqları asanlıqla həll edəcəksiniz. Yaradıcılıqla məşğul olmaq və ya incəsənət tədbirinə qatılmaq ruhunuzu oxşayacaq.

Əqrəb
Dərin düşüncələr və daxili dəyişikliklərlə dolu bir gündür. Miras və ya müştərək büdcə ilə bağlı maliyyə məsələləri gündəmə gələ bilər. Güclü intuisiyanız sizə yol göstərəcək, lakin sirlərinizi hər kəslə paylaşmamağınız xeyrinizədir.
Oxatan
Dünyagörüşünüzü genişləndirmək, yeni biliklər öyrənmək və ya səyahət planları qurmaq üçün əla fürsətdir. Fərqli mədəniyyətlərə marağınız arta bilər. Riskləri düzgün hesablayaraq yeni şansları sınamaqdan çəkinməyin.
Oğlaq
İş həyatında məhsuldarlıq və məsuliyyətin artdığı bir dövrdür. Gördüyünüz işlərin bəhrəsini görməyə başlayırsınız, bu da uzunmüddətli gəlir perspektivi vəd edir. Ancaq karyera uğurları fonunda ailənizə vaxt ayırmağı unutmayın.
Dolça
Standartlardan kənar ideyalarınız və azadlıq sevginizlə ətrafdakıları təəccübləndirəcəksiniz. Dostlarınızla birgə maraqlı layihələrə başlamaq üçün uyğun vaxtdır. Texnoloji yenilikləri izləmək və fərqli ünsiyyət yolları tapmaq sizə qazandıracaq.
Balıqlar
İntuisiyanızın çox güclü olduğu bir gündür, daxili səsinizə qulaq asmaq sizi düzgün qərarlara aparacaq. Ətrafdakılara göstərdiyiniz qayğı və şəfqət sizi xoşbəxt edəcək. Sevgidə romantik anlar yaşansa da, başqalarının dərdini özünüzə çox yük etməməlisiniz. (Milli.az)

Tebas “Real”ı biabır etdi: Yeşikdə gizlətdikləri şərəf…

La Liqa prezidenti Xavyer Tebas bildirib ki, “Real Madrid” Neqreyra işini qəsdən gündəmə gətirir.
“Real”ın prezidenti Florentino Perez əvvəllər La Liqanı məhkəmə prosesi zamanı hərəkətsizlikdə günahlandırmışdı: “Rəsmi şikayət edən yeganə qurum “Real Madrid”dir – La Liqa da bu işə qarışıb, amma susur”.
Publika.az xəbər verir ki, Tebas “Twitter”də yazıb:
“Artıq izah etdiklərimi təkrarlayacağam, çünki yalanlar davam edir.

Florentino iddia edir ki, “Neqreyra işi”ndə yalnız “Real” hərəkətə keçib və La Liqa heç nə etməyib. Bu yalandır. “Real” ilk şikayət edən deyildi, onlar sonuncu idilər. Bundan əvvəl La Liqa nümayəndəsi prokurorluq qarşısına çıxıb və hakim Estrada Fernandes məhkəmə zalında görünüb. Səs yazıları var.

Onlar digər “səhvləri” ört-basdır etmək üçün “Neqreyra işi”ni uzatmağa davam edirlər. Unutmayaq ki, “Real Madrid” məhz “Barselona” Super Liqada olduğu zaman bu məsələ ilə bağlı tədbir görməmişdi və onlar Florentinonun özünün dediyi kimi “dost” idilər. “Barselona” Super Liqadan çıxanda onların yeşikdə gizlətdikləri şərəfləri qayıtdı”.

İlham Əliyevin Qazaxıstanda səfəri başa çatdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasına işgüzar səfəri başa çatıb.
Publika.az xəbər verir ki, Türküstan şəhərinin Hazret Sultan Beynəlxalq Aeroportunda dövlətimizin başçısını Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yola salıb.

Prezident Qazaxıstan səfərindən videoçarx paylaşdı

Prezident Qazaxıstan səfərindən videoçarx paylaşdı

Müəllimlərə qarşı hörmətsizlik edən şagird və valideynlər cərimələnməlidir?

Müəllimə hörmət – təhsilə və dövlətə hörmətin başlanğıcıdır.
Son illərdə məktəblərdə müəllim nüfuzunun qorunması və təhsil mühitində intizamın gücləndirilməsi məsələsi bir çox ölkələrdə xüsusi diqqət mərkəzinə çevrilib. Bu baxımdan Qazaxıstanda müəllimlərə qarşı hörmətsizlik edən şagird və valideynlərin cərimələnməsi ilə bağlı qəbul olunan qanun cəmiyyət tərəfindən müsbət qarşılanan və təqdir edilən addımlardan biridir. Bu qanun müəllim əməyinə verilən dəyərin göstəricisi olmaqla yanaşı, təhsilin nüfuzunun qorunmasına xidmət edən mühüm qərardır.
Müəllim cəmiyyətin gələcəyini yetişdirən ən müqəddəs peşə sahiblərindən biridir. Hər bir insan həyatda qazandığı ilk bilikləri müəllimdən alır. Müəllim yalnız dərs keçmir, o eyni zamanda uşaqlara tərbiyə, məsuliyyət, vətən sevgisi və mənəvi dəyərlər aşılayır. Buna görə də müəllimə hörmət etmək əslində elmə, təhsilə və gələcəyə hörmət etməkdir.
Təəssüf ki, son dövrlərdə bəzi hallarda müəllimlərə qarşı hörmətsiz davranışlar, məktəb qaydalarına laqeyd münasibət və məktəb əmlakına zərər vurulması halları müşahidə olunur. Bu isə yalnız təhsil mühitinə deyil, ümumilikdə cəmiyyətin mənəvi dəyərlərinə mənfi təsir göstərir. Uşaq məktəbdə intizamsızlıq görərsə və etdiyi davranışa görə məsuliyyət hiss etməzsə, gələcəkdə dövlət qanunlarına və ictimai qaydalara qarşı da laqeyd münasibət göstərə bilər.
Qazaxıstanda qəbul olunan bu qanunun ən mühüm tərəflərindən biri valideyn məsuliyyətini artırmasıdır. Əgər belə bir qanun bizim ölkəmizdə də tətbiq olunarsa, valideynlər övladlarının davranışına daha ciddi nəzarət etməyə başlayarlar. Bu isə şagirdlərin müəllimə, məktəb qaydalarına, məktəb əmlakına və ümumilikdə təhsilə daha məsuliyyətli yanaşmasına səbəb olar.

Valideyn bilməlidir ki, uşağın məktəbdəki davranışı ilk növbədə ailədə aldığı tərbiyənin nəticəsidir. Müəllimə hörmət etməyi öyrənən uşaq gələcəkdə böyüklərə, qanunlara və dövlətinə də hörmət etməyi bacaracaq. Əksinə, müəllimin nüfuzunu uşağın yanında aşağılayan ailələrdə uşaqlarda məsuliyyətsizlik və intizamsızlıq formalaşa bilər.

Məktəb yalnız təhsil verilən yer deyil, həm də cəmiyyətin gələcəyinin formalaşdığı müqəddəs məkandır. Məktəb əmlakına zərər vurmaq, müəllimə qarşı hörmətsizlik etmək və qaydaları pozmaq əslində dövlətin gələcəyinə qarşı məsuliyyətsiz münasibətdir.
Müəllimə dəyər verilən cəmiyyətlərdə təhsil inkişaf edir, savadlı və tərbiyəli nəsil yetişir. Güclü dövlətin təməli isə məhz məktəbdə qoyulur. Buna görə də müəllim nüfuzunun qorunması, məktəbdə intizamın gücləndirilməsi və valideyn məsuliyyətinin artırılması gələcəyimiz üçün atılan ən vacib addımlardan biridir.
V çagırış millət vəkili
Dilarə Cəbrayılova

Hantavirus maska qıtlığına səbəb oldu

Fransada həftənin əvvəlindən etibarən FFP2 maskası satışlarında ciddi artım müşahidə olunur.
Publika.az xəbər verir ki, buna səbəb Atlantik okeanında keçirilən kruiz səfərindən sonra qeydə alınan şübhəli Hantavirus yoluxma hallarıdır.
Bir sıra apteklər müvəqqəti məhsul çatışmazlığı yaşandığını bildirir. Topdansatış mərkəzləri isə son günlər rekord satış qeydə alındığını açıqlayır. Cəmi üç gün ərzində 15 min qutu maska satılıb. Adi dövrdə həftəlik satış təxminən 2 min 400 qutu olurdu. Son bir neçə gün ərzində apteklərdə maskalara olan tələbat təxminən beş dəfə artıb.
Bununla belə, səhiyyə qurumları ölkədə hər hansı epidemiyanın olmadığını vurğulayır. Xəstəxanaya yerləşdirilmiş 26 şəxsin hamısının test nəticələri mənfi çıxıb və son günlər ərzində yeni yoluxma faktı təsdiqlənməyib.

Təbiətə 124 min manata yaxın ziyan vuruldu

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Gəncə şəhərləri və Zərdab rayonunda yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.
Publika.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, araşdırma zamanı Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində, Binəqədi rayonu Azadlıq prospekti 155 ünvanında, Binəqədi rayonu Binəqədi qəsəbəsində, Nizami rayonu Məmməd Səid Ordubadi ilə Şirin Mirzəyev küçələrinin kəsişməsində, Gəncə şəhəri Nizami küçəsində və Zərdab rayonu Qoşaoba kəndi ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 123 720 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.