Günün oyunları
Azərbaycanın kifayət qədər çətin qonşuları var
“Azərbaycanın kifayət qədər çətin qonşuları var. Böyük Britaniya və Azərbaycan arasında müntəzəm dialoq mövcuddur, biz ortaq təhlükəsizlik və hər iki ölkəyə təsir edən təhdidlər haqqında çox müzakirə edirik”.
BEY.AZ Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Dankan Norman mətbuat konfransında deyib.
“Biz Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımı çox məmnuniyyətlə görürük. Beləliklə, bir çoxu bu cür institutda olan təhlükəsizlik məsələləri üzrə biz müntəzəm dialoqu saxlayacağıq və əksər məsələlərdə eyni fikirdəyik, yəni biz bir çox məsələləri eyni aspektdə görürük və aramızda çox az fikir ayrılığı var”, – deyə səfir vurğulayıb.
Cinayət törətməkdə şübhəli bilinən 76 nəfər saxlanıldı
Avqustun 20-də ölkə ərazisində qeydə alınan 61, əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bu barədə BEY.AZ-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Axtarışda olduğuna görə ümumilikdə 120, o cümlədən borclu şəxs qismində axtarışda olan 96 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 24, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 76 nəfər saxlanılıb.
Sumqayıtda küçədə 58 yaşlı kişi meyiti tapıldı
Sumqayıt şəhərində küçədə meyit tapılıb.
BEY.AZ xəbər verir ki, hadisə Koroğlu prospektində qeydə alınıb.
1968-ci il təvəllüdlü şəhər sakini Abbasov Ağababa Mirzə oğlu küçədə ölüb.
Ölümün səbəbi müvafiq ekspertizanın nəticəsindən sonra müəyyənləşəcək. (Teleqraf)
Bitkoinin qiyməti 75.000 dolları keçdi
Ticarət əməliyyatları zamanı bitkoinin dəyəri mayın 27-dən bəri ilk dəfə 75 min dolları ötüb.
BEY.AZ xəbər verir ki, bu barədə “Binance” platformasının məlumatlarında bildirilir.
Bakı vaxtı ilə saat 05:33-ə olan məlumata görə, bitkoinin qiyməti 2,77 faiz artaraq 75,045 min dollara çatıb. Saat 05:38-ə doğru bitkoinin artım dinamikası səngiyib – kriptovalyuta 74,68 min dollar səviyyəsində qərarlaşıb.
“Alfa-Foreks” şirkətinin Müştəri dəstəyi və satış departamentinin rəhbəri Aleksandr Şneyderman bitkoinin qiymətinin tezliklə iki dəfə ucuzlaşaraq 33 min dollara düşə biləcəyini bildirmişdi. O, əsas səbəb kimi investorların riskli aktivlərdən kütləvi şəkildə imtina etdiyi qlobal “risk-off” rejimini göstərib.
Hüseyn İbadlı
Konqoda Eboladan ölənlərin sayı 2 476 nəfərə çatdı
Demokratik Konqo Respublikasında (DRK) Ebola qızdırmasından ölənlərin sayı 2 476 nəfərə çatıb.
BEY.AZ xəbər verir ki, bu barədə DRK Milli İctimai Səhiyyə İnstitutunun gündəlik hesabatında bildirilib. Məlumat Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin (ECDC) son məlumatları ilə də təsdiqlənir.
Hesabata əsasən, təsdiqlənmiş yoluxma hallarının sayı 5 208-ə yüksəlib.
“Son 24 saat ərzində 103 yeni yoluxma, 35 ölüm və 24 sağalma halı qeydə alınıb. Bununla da epidemiyanın əvvəlindən ümumi yoluxma hallarının sayı 5 208-ə, ölənlərin sayı isə 2 476-ya çatıb”,- deyə hesabatda bildirilir.
Bundan əvvəl 5 021 yoluxma və 2 378 ölüm barədə məlumat verilmişdi.
Qeyd edək ki, hazırkı Ebola epidemiyası DRK tarixində ən ağır epidemiya hesab olunur və Bundibugyo virusundan qaynaqlanır.
Maradonanın ölümü ilə bağlı məhkəmə dinləmələri təxirə salındı
Argentinalı futbolçu Dieqo Maradonanın ölümü ilə bağlı məhkəmə dinləmələri tibbi sənədlərdə aşkarlanan səhvə görə bir həftə təxirə salınıb.
BEY.AZ xəbər verir ki, bu barədə TN telekanalı məlumat yayıb.
Məhkəmə iclasının avqustun 20-də davam etdirilməsi nəzərdə tutulsa da, ölüm haqqında hesabatda səhv aşkarlandıqdan sonra hakim iclası təxirə salıb. Məlum olub ki, sənəddə futbolçunun deyil, 2015-ci ildə onun atası tərəfindən verilmiş analizlərin nəticələrindən istifadə edilib. Onun da adı Dieqo Maradona olub.
Məhkəmə sığorta şirkətinə və Maradonanın müalicə olunduğu klinikaya onun tibbi sənədləri ilə bağlı bütün materialları təqdim etməyi tapşırıb.
Qeyd edək ki, Argentina Baş Prokurorluğu 2022-ci ilin iyununda səkkiz tibb işçisini Maradonanın ölümündə səhlənkarlığa yol verməkdə ittiham edib. Təqsirləri sübuta yetirilərsə, onları 8 ildən 25 ilədək həbs cəzası gözləyir.
Dünya çempionu Dieqo Maradona 2020-ci il noyabrın 25-də 60 yaşında kəskin ürək çatışmazlığı nəticəsində vəfat edib.
Polis helikopteri təyyarə ilə toqquşdu
ABŞ-ın Pensilvaniya ştatında polis helikopteri yüngülmühərrikli təyyarə ilə toqquşub, üç nəfər xəsarət alıb.
BEY.AZ xəbər verir ki, bu barədə “WCHS-TV” məlumat yayıb.
“Bell 407” helikopteri və “Cessna 150” təyyarəsinin iştirakı ilə baş verən hadisə Karlayl hava limanında təlimlər zamanı qeydə alınıb.
Helikopter təlim manevrlərindən sonra yerdə olub. Təyyarə eniş zamanı zolaq boyunca aşağı enib, sağa meyil edib və helikopterə arxadan çırpılıb. Nəticədə “Cessna”nın pilotu həyatla bir araya sığmayan xəsarətlər alıb. İlkin məlumata görə, göyərtədə yalnız o olub. Polis əməkdaşları müstəqil şəkildə çıxa biliblər, onların həyatı üçün təhlükə yoxdur.
Karlayl hava limanında dispetçer qülləsi yoxdur, pilotlar radiotezliklər vasitəsilə əlaqə saxlayırlar.
Federal Mülki Aviasiya İdarəsi və Nəqliyyatda Təhlükəsizlik üzrə Milli Şura insidentlə bağlı araşdırma aparır.
Hüseyn İbadlı
Kompüteri “həyata qaytarmağın” gizli yolu
CMOS-un sıfırlanması kompüterin fəaliyyətində yaranan bir çox problemi həll etməyə imkan verəcək.
BEY.AZ xəbər verir ki, bu barədə “XDA” nəşri məlumat yayıb.
Portalın jurnalisti Abhinav Rac izah edib ki, müasir stasionar kompüterlərdəki nasazlıqların əhəmiyyətli hissəsi ana plata ilə bağlıdır. Bununla əlaqədar mütəxəssis istifadəçilərə CMOS tənzimləmələrini sıfırlamağı tövsiyə edib və bunun necə yerinə yetiriləcəyini açıqlayıb.
Onun sözlərinə görə, CMOS – ana plata üzərində yerləşən və BIOS/UEFI tənzimləmələrini saxlayan yaddaş çipidir. Bu tənzimləmələrin zavod parametrlərinə sıfırlanması əməliyyat sisteminin (ƏS) yüklənməsi zamanı qara ekran problemini, yaddaşın təlimi xətalarını, cihazın konfiqurasiyaları dəyişdirildikdən sonra yaranan çətinlikləri və digər nasazlıqları həll etməyə kömək edəcək. Rac CMOS-un sıfırlanmasını kompüteri bərpa etməyin gizli üsullarından biri adlandırıb, çünki bu əməliyyat üçün ana plataya fiziki çıxış lazımdır.
Jurnalist CMOS-u sıfırlamaq üçün kompüterin korpusunu açmağı və ana platadakı xüsusi yuvada yerləşən batareyanı çıxarmağı tövsiyə edib. Bundan sonra təxminən beş dəqiqə gözləmək, ardından isə onu yenidən yerinə yerləşdirmək lazımdır.
“CMOS-un sıfırlanması, şübhəsiz ki, universal çarə olmasa da, fəaliyyət göstərdiyim dövrdə rast gəldiyim bir çox kompüteri “həyata qaytarıb””, – deyə nəşrin müəllifi yekunlaşdırıb.
Hüseyn İbadlı
BMT-nin baş katibi vəzifəsinə namizəd Rusiyaya “aşiq olub”?
Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi postuna namizəd İvon Baki Rusiyaya sevgisini etiraf edib.
Publik.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Dəfələrlə baş çəkdiyimi düşündüyüm, tanıdığım və sevdiyim daha bir məkan Rusiyadır. Sizin möhtəşəm mədəniyyətiniz var”, – deyə o bildirib. Baki üç il rus dilini öyrəndiyini də əlavə edib.
Bir qədər əvvəl Baki Rusiya və Ukrayna arasında danışıqların tərəfdarı olduğunu bildirmişdi. BMT-nin baş katibi Antoniu Quterreş isə öz növbəsində Ukrayna münaqişəsinin eskalasiyasından və mülki infrastruktura, o cümlədən Rusiyaya endirilən zərbələrdən narahatlığını qeyd edib.
Hüsyn İbadlı
İmran Xan həbsxanadan xəstəxanaya köçürüldü
Pakistanın keçmiş baş naziri İmran Xan həbsxanadan “Shifa International” xəstəxanasına köçürülüb.
BEY.AZ xəbər verir ki, bu barədə “Geo” telekanalı məlumat yayıb.
Pakistan Ali Məhkəməsi daha əvvəl hakimiyyət orqanlarına Xanın tibbi müayinədən keçirilməsi üçün xəstəxanaya köçürülməsini tapşırmışdı.
Xanın köçürülməsi ərəfəsində tibb müəssisəsində ciddi təhlükəsizlik tədbirləri görülüb, xəstəxana ərazisinə böyük polis kontingenti yerləşdirilib.
Fevral ayında Pakistanın eks-baş nazirinin vəkilləri səhhəti ilə əlaqədar onun həbsxanadan azad olunması üçün vəsadət qaldırıblar.
2025-ci ilin yanvarında Xan başqa bir korrupsiya işi üzrə 14 il, həyat yoldaşı isə yeddi il müddətinə azadlıqdan məhrum edilib.
İmran Xan 2018-ci ildən baş nazir vəzifəsini tutub və 2022-ci ilin aprelində ölkə parlamenti tərəfindən etimadsızlıq votumu göstərilərək vəzifəsindən kənarlaşdırılıb. 2023-cü ildən bəri məhkəmə onu korrupsiya ittihamlarının müxtəlif maddələri üzrə dəfələrlə təqsirli bilib.
Hüseyn İbadlı
Yeni səfir etimadnaməsinin sürətini nazirə təqdim etdi
Azərbaycan Respublikasının Kosta Rikada yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seymur Fətəliyev etimadnaməsinin surətini Kosta Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Tovar Riveraya təqdim edib.
Səfirlikdən BEY.AZ-a verilən məlumata görə, görüş zamanı tərəflər Azərbaycan–Kosta Rika münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
Münasibətlərin siyasi dialoq, qarşılıqlı yüksək səviyyəli səfərlər və ikitərəfli siyasi məsləhətləşmələr vasitəsilə daha da inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Kosta Rikanın xarici işlər və etiqad naziri Manuel Tovar Rivera Azərbaycanın səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Xorvatiya məhkəməsi “Şimal axını” işi üzrə qərar verdi
Xorvatiyanın Pula şəhərində məhkəmə “Şimal axını” və “Şimal axını-2” qaz kəmərlərinin partladılmasında iştirak etməkdə şübhəli bilinən Ukrayna vətəndaşının həbsinə qərar verib. Almaniya onun ekstradisiyasını tələb edir.
BEY.AZ TASS-a istinadla xəbər verir ki, məhkəmənin məlumatına görə, şəxs Avropa həbs orderi əsasında Almaniyaya təhvil verilməsi məqsədilə həbs olunub.
Almaniyanın Baş Prokurorluğu daha əvvəl bildirib ki, saxlanılan şəxs peşəkar dalğıcdır və 2022-ci ildə Baltik dənizində Bornholm adası yaxınlığında qaz kəmərlərinə partlayıcı maddələrin yerləşdirilməsində iştirak edib.
Prokurorluğun versiyasına görə, diversantlar saxta sənədlərlə Almaniya şirkətindən yelkənli yaxta icarəyə götürərək partlayıcı maddələri “Şimal axını” qaz kəmərlərinə çatdırıblar.
Qeyd edək ki, 2022-ci il sentyabrın 26-da “Şimal axını”nın üç xəttində və “Şimal axını-2”də partlayışlar nəticəsində ciddi dağıntılar baş verib.
Daha bir ölkədə dəhşətli zəlzələ baş verdi
Perunun cənubunda 7,2 maqnitudalı zəlzələ baş verib.
BEY.AZ xəbər verir ki, bu barədə Milli Seysmoloji Mərkəz məlumat yayıb.
Qurumun məlumatına görə, yeraltı təkanların episentri Parinakoças əyalətinin mərkəzi Korakora şəhərindən 35 kilometr şimalda yerləşib. Zəlzələnin ocağı 108 kilometr dərinlikdə olub.
Hələlik xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.
Hüseyn İbadlı
22 yaşlı fenomen motosiklet qəzasında öldü
Türkiyəli sosial media fenomeni Ceyda Yakova yol qəzasında həyatını itirib.
BEY.AZ xəbər verir ki, Ceyda avqustun 17-də motosiklet idarə edərkən baş verən yol qəzasında həlak olub.
Qeyd edək ki, Ceyda 22 yaşlı universitet tələbəsi idi. O, hadisədən bir neçə ay əvvəl də qəzaya düşmüşdü. Yaxınları və sosial media izləyiciləri motosikleti təhlükəli sürməsi ilə bağlı ona xəbərdarlıqlar etsələr də, fenomen bunları ciddiyə almayıb. (Axşam.az)
Mark Zukerberq qəsr aldı
“Facebook” sosial şəbəkəsinin təsisçisi, dünyanın ən zəngin şəxslərindən biri Mark Zukerberq İrlandiyada qəsr alaraq daşınmaz əmlak kolleksiyasını genişləndirib.
BEY.AZ xəbər verir ki, bu barədə “The Irish Times” nəşri məlumat yayıb.
Amerikalı milyarder və onun həyat yoldaşı Prissilla Çan Uoterford qraflığındakı Strenkalli qəsrinin sahibi olublar. Əqd avqustun əvvəlində, açıq bazardan kənar, özəl qaydada həyata keçirilib və hələ ki İrlandiyanın açıq daşınmaz əmlak reyestrində əks olunmayıb.
Neoqotika üslubundakı malikanə XIX əsrdə tikilib və Blekutor çayının sahilində yerləşir. Qəsrlə birlikdə Zukerberq ona bitişik təxminən 178 hektar sahəsi olan mülkü də əldə edib. Satıcılar qismində Maykl və Cankarla Alen-Bakli çıxış ediblər. Satınalma qiyməti açıqlanmır.
Bir müddət öncə Mark Zukerberqin dəyəri 300 milyon dollar olan superyaxtasının Alyaska sahillərində çətin vəziyyətə düşən gəmiyə kömək etməkdən imtina etdiyi barədə məlumat verilmişdi. Hadisə avqustun 3-də, Pitersberqdən Cunoya hərəkət edən altımetrlik “Hewescraft” kateri Kuiu adası yaxınlığında yanacaqsız qaldıqda baş verib.
Hüseyn İbadlı