Xəbərlər

Stadionlara ən çox azarkeş gələn liqalar

2024/25 mövsümündə Avropa çempionatları arasında stadionlara ən çox azarkeş toplayan turnir İngiltərə Premyer Liqası olub.

bey.az xəbər verir ki, matçların orta tamaşaçı sayı 40,4 min nəfər təşkil edib.

İkinci yerdə Almaniya Bundesliqası qərarlaşıb (38,7 min), “ilk üçlüy”ü isə İtaliya A Seriyası tamamlayıb (30,7 min).

2024/25 mövsümündə Avropa çempionatlarında orta tamaşaçı sayına görə ilk onluq belədir:

  • 40,4 min – Premyer Liqa (İngiltərə)
  • 38,7 min – Bundesliqa (Almaniya)
  • 30,7 min – A Seriyası (İtaliya)
  • 30,0 min – La Liqa (İspaniya)
  • 28,9 min – Liqa 1 (Fransa)
  • 20,0 min – Erediviziya (Niderland)
  • 17,3 min – Premyerşip (Şotlandiya)
  • 12,7 min – Ekstraklasa (Polşa)
  • 12,3 min – Portuqaliya Liqası
  • 12,3 min – İsveçrə Super Liqası

Bir yanıt yazın

Başa dön tuşu