Xəbərlər

Suriyada parlament seçkiləri bu tarixdə keçiriləcək

Suriyada növbəti parlament seçkilərinin tarixi müəyyənləşib.

bey.az xəbər verir ki, bu barədə “SANA” agentliyi xəbər verib.

Məlumata əsasən, seçkilər oktyabrın 5-də keçiriləcək.

“Xalq Məclisinin üzvləri üçün səsvermə 2025-ci il oktyabrın 5-də bütün seçki dairələrində keçiriləcək”, – deyə Suriya Xalq Məclisinə Seçkilər üzrə Ali Komitə açıqlayıb.

Həmçinin şənbə günü komitə seçki orqanlarının üzvlərinə qarşı şikayətlərin verilməsi müddətini sentyabrın 21-i bazar gününün sonuna qədər uzadıb.

Bir yanıt yazın

Başa dön tuşu