Publika.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
“İndi də Amerikanın nüvəsizləşdirmə mantrasını dəstəkləyən çoxlu qüvvələr var. Bu qüvvələr KXDR-in suverenliyinə məhəl qoymur və onu ciddi şəkildə pozur”, – Kim Çen In vurğulayıb.
O qeyd edib ki, KXDR-in nüvə statusu ölkənin əsas qanununda təsbit edilib və bununla da “qeyri-konstitusiya aktı” törətmək və nüvəsizləşdirməni davam etdirmək mümkün deyil.
Şimali Koreya lideri Seulun nüvəsizləşdirmə müqabilində sanksiyaları qismən ləğv etmək təklifini də rədd edib.
“Sanksiyaları qaldırın? Olmaz!” – o, Cənubi Koreyanın yeni administrasiyasının təşəbbüslərini şərh edərkən deyib.
Kim Çen In hesab edir ki, Seulun “mərhələ-mərhələ nüvəsizləşdirilməsi” ideyası dialoqun əsaslarını sarsıdır.
“Biz nüvə silahından əl çəkməyəcəyik”, – Şimali Koreyanın baş naziri yekunlaşdırıb.

