Publika.az xəbər verir ki, “Express” nəşrinin iddiasına görə, məlumat yüksək rütbəli rusiyalı hərbçidən sızdırılıb və məsələ ilə bağlı Londonda və Vaşinqtonda təcili görüşlər keçirilib.
Kremlin məqsədinin NATO-nun reaksiyasını ölçmək və Avropada siyasi sabitliyi pozmaq olduğu bildirilir. Polşanın baş naziri Donald Tusk da ölkəsinin İkinci Dünya müharibəsindən bəri ən ciddi təhlükə ilə üz-üzə qaldığını açıqlayıb.
Qeyd edək ki, son günlər Rusiya PUA-larının Polşa və Rumıniyanın hava məkanını pozması NATO-nu hərəkətə keçirib. Britaniya da “Typhoon” qırıcılarını Polşanın müdafiəsinə göndərib. Ekspertlər bu təhdidlərin yeni müdafiə strategiyası tələb etdiyini vurğulayırlar.
Roza

