Xəbərlər
Müdafiə Nazirliyində 5 milyardlıq oğurluq: Həbs olunanlar var


Qondaram “Donetsk Xalq Respublikası”nın tikinti nazirinin keçmiş birinci müavini Yuliya Mervayezovanın iştirak etdiyi Rusiya Müdafiə Nazirliyindəki mənimsəmə işi üzrə dəyən ziyan təxminən beş milyard rubl təşkil edə bilər.
bey.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
İstintaqçılar hesab edirlər ki, Mervayezova 8 saylı Baş Hərbi Tikinti İdarəsinin keçmiş rəisi Vadim Vıqulyarnı və daha üç təqsirləndirilən şəxslə birlikdə dövlət müqaviləsi ilə obyektlərin tikintisi üçün ayrılmış vəsaiti oğurlayıblar. 2023-cü ilin iyununda naməlum şəxslərə qarşı cinayət işi açılıb. Beş iş daha sonra bir prosesdə birləşdirilib.
Yuliya Mervayezova iki maddə üzrə ittiham olunur. O, Pyatiqorskda həbs edilib və Moskvaya aparılıb. Vıqulyarnı da nəzarətə götürülüb.
Tural





