EvXəbərlərGTA oyunu universitetlərdə tədris olunacaq

GTA oyunu universitetlərdə tədris olunacaq

Published on

spot_img

Dünyanın ən məşhur video oyunlarından biri olan “Grand Theft Auto” (GTA) ABŞ universitetlərində dərs kimi tədris olunacaq.

Publika.az yerli mediaya istinadən xəbər verir ki, tədris 20 yanvar 2026-cı ildən etibarən Tennessi Universitetində başlayacaq.

“Grand Theft America: US History to Present Through GTA Video Games” adlı kursa tarix professoru Tore Olsson rəhbərlik edəcək.

O, 1980-ci ildən sonra ABŞ-ın mədəni və siyasi inkişafını izah etmək üçün GTA seriyasından kurs materialı kimi istifadə edəcək.

Roza

Latest articles

More like this