Xəbərlər
Pakistanda sərnişin qatarına terror hücumu: Yaralılar var


Pakistanın Bəlucistan əyalətinin Mastunq rayonunda sərnişin qatarına təşkil olunan bombalı hücum nəticəsində 12 nəfər yaralanıb.
bey.az xəbər verir ki, hadisə barədə “Dawn” qəzeti məlumat yayıb.
Bildirilib ki, hücumda Pişəvər-Kvetta xəttində hərəkət edən “Jaffar Ekspres” sərnişin qatarı hədəf alınıb. Partlayış nəticəsində vaqonlardan biri aşıb və 12 nəfər xəsarət alıb.
Hadisə yerinə təhlükəsizlik qüvvələri göndərilib, yaralılar xəstəxanaya yerləşdirilib.
Roza





