Ev şəratində ən yaxşı üz maskaları
Gözəlliyinizi qorumağın bir çox üsulu var. Biz sizin üçün bir çox uz ucun maskalar ev seraitinde sınadıq və ən yaxşılarını sizə təqdim edirik. Bütün maskalar evdə tapa biləcəyiniz sadə inqrediyentlər və ən az hazırlanma vaxtına sahibdir.
Üz dərisini nəmləndirmək üçün maska
¼ stəkan ayran
1 x.q. qatıq
İkisini yaxşıca qarışdırıb üzümüzə çəkirik və 2 saat saxlayıb yuyuruq. Beləliklə, üz dərinizi sürətlə nəmləndirmiş olacaqsınız. Həmçinin bu resept parlaqlığı artırır və dərinin özünü bərpa etməsini sürətləndirir. Sonrasında krem üz maskaları çəkmək olduqca faydalıdır. Bu zaman maskanın təsirini gücləndirmiş olacaqsınız.
Dərini yeniləmək üçün maska
1\4 stəkan isti su
1\2 stəkan yulaf yarması
Olduqca sadə olan bu resept üz dərisini yeniləmək üçün lazım olan vitamin və minerallarla üzü təmin edir. Həmçinin solgun uz derisi ucun maskalar sırasında olan bu reseptdə inqrediyentləri qarışdırıb üzünüzdə 20 dəqiqə saxlamağınız kifayətdir. Qeyd edək ki, yulaf yarması yağlı saç bakımı məhsullarının da inqrediyentləri siyahısında olur.
Üz parlaqlığının tarazlığı üçün maska
2 ç.q. rəndələnmiş avokado
1 ç.q. zeytun yağı
Düşünürük ki, artıq hər evdə olan bu məhsullarla üz parlaqlığınızı tarazlaşdırmaq rahat olacaq. İnqrediyentləri qarışdırıb üzünüzə çəkin və 15-20 dəqiqə sonra ilıq su ilə yuyun.
Hamiləlik sonrası ləkə əleyhinə maska
Təbii kakos yağı
Hamiləlik sonrası yaranan ləkələrdən xilas olmaq üçün üzü təmizləyən maskalar çox olsa da, ən sadə və effektiv üsullardan biri təbii kakos yağını üzə çəkib bütün gecə saxlamaq olar. Bir çox resepti sınadıqdan sonra, rahatlıqla bu üsulu sizə tövsiyə edirik.
Qırış əleyhinə maska
1 x.q. Aloe vera geli
1 yumurta axı
Əvvəlcə yumurtanın ağını ayırıb qarışdırır, üstünə Aloe vera gelini əlavə edirik. Hazır maskanı üz və boyuna çəkib 40 dəqiqə saxladıqdan sonra yuyuruq. Bu maska alin qirislari ucun maska siyahısında yoxladığımız və nəticəsindən razı qaldığımız reseptdir.
Problemli dəri üçün maska
1 x.q. Aloe veri geli
1 x.q. Saf bal
Bu sadə resept həm həssas və problemli dərini sakitləşdirir, qızarıqlığı azaldır, həm də tərkibindəki bal ilə canlandırır və qidalandırır. Çəkdikdən sonra 20-40 dəqiqə saxlamaq, sonra ilıq su ilə yumaq lazımdır.
Gözətrafı dəri üçün maska
Eyni miqdarda:
Kivi
Qatıq
Eyni ölçüdə götürdüyümüz əzilmiş kivi və qatığı yaxşıca qarışdırıb göz ətrafına çəkirik. Hazır məhsulu 10 dəqiqə saxlamaq kifayət edir. Çox tez-tez istifadə olunmasa da, kivi üzü təmizləyən maskalar deyəndə ağla gələn ilk məhsullardan olmalıdır.
Komandamız bu maskaların hər birini ev şəraitində hazırlayaraq sınaqdan keçirib, gözəl nəticə əldə etdiyinə görə, sizinlə bölüşürük. Bu maskalar həm asan hazırlanan, həm də dəriyə zərər verməyən təbii məhsullarla hazırlandığına görə, həftədə 2-3 dəfə hazırlayaraq istifadə edə bilərsiniz. Hazır maskanı tez istifadə etmək, ya da soyuducuda ən çoxu 24 saat saxlayaraq istifadə etmək tövsiyə olunur.