
Türkiyənin Kahramanmaraş şəhərində məktəbə silahlı hücum nəticəsində ölənlərin sayı 10-a çatıb.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Mustafa Çiftçi məlumat yayıb.
Onun sözlərinə görə, dünən baş verən hücumda yaralanan Yusif Tarık Gül adlı şəxs xəstəxanada dünyasını dəyişib. Bununla da ölənlərin sayı 9-dan 10-a yüksəlib.
“13 yaralı var. Onlardan altısı reanimasiyadadır, üçünün vəziyyəti isə kritikdir”, – deyə Çiftçi qeyd edib.
Xatırladaq ki, aprelin 15-də Kahramanmaraşda məktəbə silahlı hücum nəticəsində ölənlərdən biri müəllim, digərləri şagirddir.
Müəllif: Roza
