ABŞ öz hərbi ehtiyaclarını prioritet təmin etmək zərurəti ilə əlaqədar silah tədarükündə yarana biləcəyik gecikmələr barədə tərəfdaşlarına xəbərdarlıq edib.
Publika.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadla məlumat yayıb.
Qeyd olunub ki, gecikmələr eyni vaxtda bir neçə Avropa ölkəsinə, o cümlədən Baltikyanı və Skandinaviya dövlətlərinə təsir edəcək. Agentliyin məlumatına görə, silahların bir hissəsi Avropa dövlətləri tərəfindən “Foreign Military Sales” proqramı çərçivəsində alınıb, lakin indiyədək çatdırılmayıb.
Aprelin 15-də ABŞ-ın vitse-prezidenti Cey Di Vens bəyan edib ki, Ukraynaya Amerika silahlarının birbaşa tədarükünün dayandırılması hazırkı ABŞ administrasiyasının əsas nailiyyətlərindən biridir.
Aprelin 6-da isə ABŞ-ın İrana qarşı keçirdiyi əməliyyatın xərclərinin 42 milyard dolları keçdiyi bildirilmişdi. Hesablamalar Pentaqonun Konqresə təqdim etdiyi hesabatına əsaslanır; sənəddə qeyd olunurdu ki, kampaniyanın ilk altı günü 11,3 milyard dollara başa gəlib, sonrakı dövrdə isə xərclər gündəlik bir milyard dollar təşkil edəcək.
Hüseyn İbadlı
