EvXəbərlərABŞ İrana qarşı yeni qisas əməliyyatı başlatdı

ABŞ İrana qarşı yeni qisas əməliyyatı başlatdı

Published on

spot_img

ABŞ İrana qarşı maksimum təzyiq göstərmək məqsədilə “İqtisadi Qəzəb” (Economic Fury) əməliyyatına başlayıb.
Publika.az xəbər verir ku barədə ABŞ-ın müdafiə naziri Pit Heqset jurnalistlər üçün keçirilən brifinqdə məlumat verib.
“Eyni zamanda, ABŞ-ın maliyyə naziri Skott Bessent bütün hökumət çərçivəsində İrana qarşı iqtisadi təzyiqi maksimuma çatdıraraq ‘İqtisadi Qəzəb’ əməliyyatına start verir”, – deyə o bildirib.
Heqset həmçinin Tehranı ABŞ-ın bombardmanların miqyasını genişləndirməyə hazır olduğu barədə xəbərdar edib və respublikanı “müdrik seçim etməyə” çağırıb. Onun sözlərinə görə, bütün dünya Amerika qoşunlarının böyük döyüş əməliyyatlarından birinci dərəcəli blokadanın təmin edilməsinə necə asanlıqla keçdiyini” müşahidə edib və ABŞ çox tez bir zamanda birinci mərhələyə, həm də daha güclü formada qayıda bilər.

ABŞ və İran arasında 2026-cı il aprelin 8-də başlamış iki həftəlik atəşkəs aprelin 21-də başa çatır. Vaşinqton bəyan edib ki, əgər atəşkəs müddəti bitənədək razılaşma əldə olunmasa, zərbələri bərpa edəcək.

Hüseyn İbadlı

Latest articles

More like this