ABŞ Prezidenti Donald Tramp İsrailə artıq Livana zərbələr endirməyə icazə verilmədiyini bəyan edib.
Publika.az xəbər verir ki, o bu barədə “Truth Social”da bildirib:
“İsrailə artıq Livana zərbələr endirməyə icazə verilmir. ABŞ onlara bunu qadağan edir. Kifayətdir!!”.
Tramp həmçinin qeyd edib ki, Livanla işləməyə davam edəcək və “Hizbullah” hərəkatı ilə bağlı vəziyyətlə məşğul olacaqlar.
