Olimpiya çempionları Riku Miura və Ryuiti Kihara karyeralarını bitiriblər.
Publika.az xəbər verir ki, yaponiyalı fiqurlu konkisürənlər qərarlarını sosial mediada açıqlayıblar.
“Əlimizdən gələni etdiyimizi hiss edirik. Heç bir peşmançılıq çəkmirik və yaşadığımız hər şeylə fəxr edirik. İndi Yaponiyada cütlük konkisürməyə daha çox diqqət yetirməyə kömək edəcək yeni çətinliklərə hazırıq”, – deyə açıqlamada bildirilir.
Miura və Kihara 2026-cı il Olimpiya Oyunlarında qızıl medal, eləcə də 2022 və 2026-cı illər Oyunlarında komanda yarışlarında iki gümüş medal qazanıblar. Bu ikili həmçinin 2022-2025-ci illər Dünya Çempionatında iki qızıl və iki gümüş medal qazanıblar.
