EvXəbərlərŞəkərli diabeti olanlar balqabaq yeyə bilərlər?

Şəkərli diabeti olanlar balqabaq yeyə bilərlər?

Published on

spot_img

Balqabaqdan müəyyən miqdarda və düzgün şəkildə yemək hazırlandıqda, o, qanda şəkərin təhlükəli həddə gəlməsinə səbəb olmur. Lakin bu xəstəliyin son mərhələlərində olanlar bişmiş balqabğı böyük porsiyalarda yeməməlidirlər.
Publika.az xəbər verir ki, bu fikirləri Rusiyanın tanınmış endokrinoloqlarından olan Natalya Tananakina “Gazeta”ya müsahibəsində səsləndirib.
Balqabaq vitaminlər, minerallar, lif və antioksidantlarla zəngindir. Bu sadalananlar isə hüceyrələri sərbəst radikalların zərərindən aktiv şəkildə qoruyur. Həkim onu da izah edib ki, balqabaqdan düzgün istifadə edildikdə o, terapevtik pəhrizin dəyərli bir komponentinə çevrilir. Mütəxəssisin fikrincə, çiy balqabaq ən aşağı qlisemik indeksə (Qİ) malikdir.
“Çiy balqabağın qlisemik İndeksi 25-30-dur. Yəni bu məhsul təhlükəsizdir və yavaş həzm olunur. 50-55 Qİ-si olan bişmiş balqabaq isə müəyyən miqdarda qəbul edilməlidir. Balqabağı bişirmək və püre halına salmaq onun Qİ-sini 65-75-ə qədər artıra bilir. Bu cür yeməklər həddindən artıq istehlak edildikdə qan şəkəri səviyyəsini əhəmiyyətli dərəcədə artıra bilər”,- müətəxəssis deyib.

Müəllif: Tural

Latest articles

More like this