EvXəbərlərKiyevdə yerli sakinləri öldürən şəxs məhv edildi

Kiyevdə yerli sakinləri öldürən şəxs məhv edildi

Published on

spot_img

Kiyevin mərkəzi rayonunda insanlara atəş açan şəxs polisin keçirdiyi əməliyyat nəticəsində zərəsizləşdirilib.
Publika.az xəbər verir ki, bu barədə daxili işlər naziri İqor Klimenko “Teleqram”da bildirib.
Kiyev şəhər meri Vitali Kliçko deyib ki, tibb işçilərinin məlumatına görə, Qoloseyevski rayonunda küçə atışması nəticəsində 2 nəfər ölüb, 10 nəfər xəstəxanaya yerləşdirilib.
xxx
19:12

Aprelin 18-də naməlum şəxs Kiyevin mərkəzi rayonunda insanlara atəş açıb. Hadisə nəticəsində ölənlər və yaralananlar var.
Publika.az xəbər verir ki, bu barədə Kiyev Polisi məlumat yayıb.

“Qoloseyevski rayonunda naməlum şəxs insanlara atəş açıb. Ölənlər və xəsarət alanların sayı müəyyənləşdirilir”, – deyə məlumatda bildirilir.
Polis və xüsusi təyinatlılar cinayətkarı tutmaq üçün xüsusi əməliyyat keçirir. Polis hadisə ilə bağlı məlumatların yenilənəcəyini qeyd edib.
Kiyev şəhər meri Vitali Kliçko isə “Teleqram” səhifəsində bildirib ki, Qoloseyevski rayonunda yaralananlar arasında bir uşaq da var və bir neçə ölüm faktı qeydə alınıb.
“Qoloseyevski rayonunda küçədə yaralananlar arasında bir uşaq da var. Tibb işçiləri onu xəstəxanaya aparıblar”, – deyə Kliçko yazıb.
Onun sözlərinə görə, hazırda atəş açan şəxsin saxlanılması üçün xüsusi əməliyyat davam edir.

Latest articles

More like this