EvXəbərlərSEPAH danışıqlarda uğur qazandığını ELAN ETDİ

SEPAH danışıqlarda uğur qazandığını ELAN ETDİ

Published on

spot_img

“ABŞ ordusu silah-sursatı dünyanın o biri başından gətirmək məcburiyyətində qaldığı halda, Tehran danışıqlar prosesindən istifadə edərək öz arsenalını uğurla zənginləşdirib”.
Publika.az “Al Jazeera”yə istinadla xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Hava Qüvvələrinin komandanı Məcid Musəvi bəyan edib.
Telekanalının verdiyi xəbərə görə, hərbi rəhbər düşmənin atəşkəs dövründə hərbi ehtiyatlarını bərpa edə bilmədiyini, İranın isə bu qarşıdurmadan qalib ayrıldığını vurğulayıb.
Musəvinin sözlərinə görə, Birləşmiş Ştatlar artıq Hörmüz boğazı və Livan üzərindəki nəzarətini itirib.
Qeyd edək ki, aprelin 17-də SEPAH-ın Hərbi Dəniz Qüvvələri boğazda gəmiçilik üçün “yeni nizam” elan edib və hərəkətin yalnız Livanda atəşkəs qüvvəyə mindiyi andan etibarən bərpa olunacağını bildirib.

Hazırda Fars körfəzində göyərtəsində ümumilikdə 132 milyon barel neft olan gəmilərin hərəkətsiz qaldığı qeyd olunur.
Hüseyn İbadlı

Latest articles

More like this

ABŞ-da dəhşət

ABŞ-da dəhşət

"Android"də elə bir nöqsan aşkarlandı ki…

"Android"də elə bir nöqsan aşkarlandı ki...