2026/2027 mövsümündə Çempionlar Liqasında iştirak edəcək yeddi komanda artıq bəllidir.
Publika.az xəbər verir ki, “Barselona”, “Bayern”, “Arsenal”, PSV, “Real Madrid”, “İnter” və “Mançester Siti” Avropanın aparıcı klub yarışmasına vəsiqə qazanıblar.
Çempionlar Liqasının cari mövsümünün yarımfinal oyunları aprelin sonu və may ayının əvvəlində keçiriləcək. PSJ “Bayern”lə, “Atletiko” isə “Arsenal”la qarşılaşacaq. PSJ ötən mövsüm Çempionlar Liqasının qalibi olub.
