EvXəbərlərBelarus ərazisində müharibə - Lukaşenko xəbərdarlıq etdi

Belarus ərazisində müharibə – Lukaşenko xəbərdarlıq etdi

Published on

spot_img

Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, Belarus ərazisindən Polşa və Litvaya qarşı müharibələrdən söhbət belə gedə bilməz.
Publika.az xəbər verir ki, Lukaşenko bu barədə RT-yə verdiyi müsahibədə deyib.
Belarus lideri detalları bölüşərək, vəzifəsinin qonşu dövlətləri – Estoniya, Latviya, Litva, Polşa və Ukraynanı Belarusa qarşı aqressiv hərəkətlər etməmək barədə xəbərdar etmək olduğunu bildirib.
Lukaşenko əmin edib ki, Belarus ərazisindən Polşa və Litvaya qarşı heç bir müharibə mümkün deyil.

Onun sözlərinə görə, Belarus tərəfi bu müharibəyə cəlb olunmadığı və cavab vermək məcburiyyətində qalmadığı təqdirdə bunu etmək niyyətində deyil.

Müəllif: Adəm

Latest articles

More like this