Tim Kuk “Apple” şirkətinin baş icraçı direktoru vəzifəsini tərk edəcək.
Publika.az xəbər verir ki, bu barədə şirkət bəyanat yayıb.
Bildirilib ki, Tim Kuk direktorlar şurasının icraçı sədri olacaq, onun yerinə aparat təminatının hazırlanması üzrə baş vitse-prezident Con Ternus gələcək. Türnus 1 sentyabr 2026-cı il tarixindən etibarən şirkətin yeni baş icraçı direktoru vəzifəsini tutacaq.
Qeyd edilib ki, direktorlar şurası tərəfindən yekdilliklə təsdiqlənən keçid düşünülmüş uzunmüddətli varislik planlaşdırılması prosesinin nəticəsi olub.
