İran ABŞ ilə danışıqların növbəti mərhələsini keçirməkdən imtina edib.
Metbuat.az xəbər verir ki, bu barədə İran parlamentinin deputatı Əhməd Naderi CNN telekanalına açıqlamasında bildirib. O qeyd edib ki, ABŞ dəniz blokadasını aradan qaldırmayınca rəsmi Tehran Vaşinqtonla yeni raund danışıqlara getməyəcək. Deputat İran nümayəndə heyətinin Pakistana yollanması ilə bağlı xəbərləri də təkzib edib. “Reuters”in məlumatına görə, ABŞ nümayəndə heyəti yaxın vaxtlarda İslamabada səfər edə bilər. Bildirilir ki, vitse-prezident Cey Di Vens hələlik səfərə başlamayıb.
Qeyd edək ki, İran və ABŞ arasında mövcud atəşkəs yekunlaşmaq üzrədir.
