İrana və onun liderlərinə Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti kimi xahişimə hörmətlə yanaşdıqlarına və planlaşdırılan edamları ləğv etdiklərinə görə çox minnətdaram.
Publika.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth”da yazıb.
O bildirib ki, ona İranda edam ediləcək səkkiz qadın etirazçının artıq öldürülməyəcəyi barədə məlumat verilib:
“Dörd nəfər dərhal azadlığa buraxılacaq, digər dördü isə biraylıq həbs cəzasına məhkum ediləcək”.
