EvXəbərlərSuraxanının bəzi ərazilərində işıq olmayacaq

Suraxanının bəzi ərazilərində işıq olmayacaq

Published on

spot_img

Suraxanı rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Publika.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
“Aprelin 24-də Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 35/6 kV-luq 360 saylı yarımstansiyadan Transformator Məntəqəsinədək iməclik işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan 14:00-dək Hövsan qəsəbəsi Bağlar yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra yaşayış ərazisi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq”, – məlumatda vurğulanıb.

Latest articles

More like this