EvXəbərlərİran nüvə silahı ilə vurulacaq?

İran nüvə silahı ilə vurulacaq?

Published on

spot_img

ABŞ Prezidenti Donald Tramp İrana qarşı nüvə silahından istifadə edilməsi ehtimalını qəti şəkildə rədd edib və ümumiyyətlə, dünyada heç kəsin bu silahdan istifadə etməməsinin tərəfdarı olduğunu bildirib.
Publika.az xəbər verir ki, “C-Span” portalında yayımlanan çıxışında Tramp bu sualı sərt qarşılayıb:
“Xeyr. Niyə mənə lazım olsun ki? Nə qədər axmaq sualdır. Mən niyə nüvə silahından istifadə edim?!”.
O əlavə edib ki, nüvə silahlarının heç vaxt heç kim tərəfindən istifadəsinə icazə verilməməlidir.
Xatırladaq ki, aprelin 21-də ABŞ və İraq arasında İslamabadda keçirilməsi planlaşdırılan danışıqların əsas mövzularının İranın zənginləşdirilmiş uran ehtiyatları və Hörmüz boğazı olacağı gözlənilirdi. Lakin Tehranın nümayəndə heyəti görüşə getməkdən imtina edib. Buna səbəb kimi Vaşinqtonun atəşkəs çərçivəsindəki öhdəliklərini pozması və İsrailə Livanda atəşkəs şərtlərini diktə etməməsi göstərilib.

Hüseyn İbadlı

Latest articles

More like this