EvXəbərlərTarixə düşən qələbə - Hələ beləsi olmamışdı

Tarixə düşən qələbə – Hələ beləsi olmamışdı

Published on

spot_img

“Xetafe” İspaniya çempionatının 33-cü turunda səfərdə “Real Sosyedad” üzərində 1:0 hesablı qələbə qazanaraq unikal statistik göstəriciyə imza atıb.
Publika.az xəbər verir ki, uyunun yeganə qolu 29-cu dəqiqədə Con Qorrotksateqi tərəfindən avtoqol kimi qeydə alınıb. Qonaq komanda matç ərzində qapıya bircə dəfə dəqiq zərbə endirə bilməyib və ümumilikdə cəmi 5 qeyri-dəqiq cəhdlə kifayətlənib.
Meydan sahibləri isə 13 zərbə vurub, onlardan 4-ü qapıya istiqamətlənib, lakin hesabı dəyişmək mümkün olmayıb.

Bu qələbə “Xetafe” tarixində La Liqada ilk dəfə olaraq qapıya bir dənə dəqiq zərbə vurmadan qazanılan qələbə kimi tarixə düşüb.

Latest articles

More like this