“Barselona”nın cinah oyunçusu Rafinya Dias zədədən sonra meydana qayıtmağa yaxındır.
Publika.az xəbər verir ki, braziliyalı futbolçu zədəsini sağaldıb və gələn həftənin əvvəlində komanda ilə tam məşqlərə başlayacaq.
Xatırladaq ki, Rafinya mart ayının sonunda Braziliya millisinin düşərgəsində zədələnib. 29 yaşlı futbolçu bu səbəbdən “Barsa”nın son 5 oyununu buraxıb.
“Barselona” 25 apreldə La Liqada “Xetafe” ilə qarşılaşacaq, bir həftə sonra isə “Osasuna” ilə oyun olacaq.
Müəllif: Heybət
