EvXəbərlərBu şəxslərə 2000-6000 manat veriləcək

Bu şəxslərə 2000-6000 manat veriləcək

Published on

spot_img

Mayın 3-də ilk dəfə keçiriləcək tam marafonda qaliblərin mükafatları bəlli olub.
Publika.az xəbər verir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə hər il təşkil olunan marafon bu il ilk dəfədir ki, yarımarafon deyil, tam marafon kimi keçirilir. 42 kilometr məsafəni qət edəcək ilk 3 yerin kişi və qadın qaliblərinin hər biri sertifikat və pul mükafatları ilə təltif olunacaq.
1-ci yer sahibinə 6 000 AZN, 2-ci yerin qalibinə 4 000 AZN, finişə 3-cü çatan iştirakçıya isə 2 000 AZN pul mükafatı təqdim ediləcək. Bundan əlavə, 42 km məsafəni tamamlayan bütün iştirakçılara medallar veriləcək.
Daha qısa məsafəni qət edən iştirakçıların da mükafatlandırılması qərara alınıb. Belə ki, 42 km məsafənin öhdəsindən gələ bilməyib 21 km yarımarafon məsafəni yarışan ilk 2000 iştirakçı medal, 10 km məsafəni tamamlayanlar isə sertifikatlarla təltif olunacaq.

Marafonda iştirak üçün qeydiyyat aprelin 25-də başa çatır.

Latest articles

20 şirkət və 19 gəmi… – ABŞ İran əleyhinə sanksiyaları genişləndirdi

20 şirkət və 19 gəmi... - ABŞ İran əleyhinə sanksiyaları genişləndirdi

​Paşinyan hakimiyyətdən getsə, nə olacaq?

İyunda Ermənistanda keçiriləcək parlament seçkiləri ölkənin siyasi kursunu müəyyənləşdirəcək əsas mərhələlərdən biri kimi qiymətləndirilir....

Qonşular arasında dava

Qonşular arasında dava

More like this