Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən Ermənistanda Türkiyə bayrağının yandırılması faktını qəti şəkildə pisləyib.
Publika.az xəbər verir ki, bununla bağlı TÜRKPA-nın bəyanatında bildirilib.
Qeyd edilib ki, bu kimi addımlar qarşılıqlı hörmət prinsiplərinə zərbə vurur və regionda gərginliyin daha da artmasına səbəb ola bilər.
“Etnik nifrətin təzahürü dinc birgəyaşayış və məsuliyyətli ictimai davranış dəyərləri ilə bir araya sığmır. Biz beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq regionda sabitlik və konstruktiv fəaliyyət üçün zəruri elementlər kimi dialoq, təmkin və qarşılıqlı hörmətin təşviq edilməsinin, eləcə də regionda sülh, qarşılıqlı hörmət və etimadın inkişaf etdirilməsinin vacibliyini bir daha vurğulayırıq”, – deyə vurğulanıb.

