“Trabzonspor”un prezidenti Ərtuğrul Doğan yay transfer pəncərəsində kluba qoşulacaq iki oyunçunun adını açıqlayıb, onlardan biri ukraynalıdır.
Publika.az xəbər verir ki, bu barədə “NTV Spor” məlumat yayıb.
Prezident Ukrayna millisinin yarımmüdafiəçisi Ruslan Malinovski və Almaniyanın “Köln” klubunun hücumçusu Tyerri Karadenizlə müqavilə imzalayacaqlarını açıqlayıb. O, artıq futbolçularla tam razılığa gəlindiyini bildirib.
“Dediyimiz kimi, iki transferi – Malinovski və Karadeniz transferini həyata keçirdik. Yaxın günlərdə daha çox transfer olacaq, danışıqlar davam edir. Konkret adlar çəkə bilmərəm, amma ümid edirəm ki, yaxın gələcəkdə bir-birinin ardınca oyunçularla müqavilə imzalamağa davam edəcəyik”, – Doğan bildirib.
Ruslanın Türkiyə klubuna azad agent kimi qoşulacağı və üç illik müqavilə imzalayacağı gözlənilir.

