Böyük Britaniyanın neft və neft məhsullarının topdan satışı ilə məşğul olan “Petrostem (UK) Limited” Məhdud Məsuliyyətli Özəl Şirkətinin Azərbaycandakı Filialı ləğv olunduğunu elan edib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, şirkətin kreditorları tələblərini iki ay ərzində bildirə bilərlər.
Şirkət Azərbaycanda 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Dövlətə 80 manat vergi borcu olan şirkətin qanuni təmsilçisi Duthie Peterdir.
Qeyd edək ki, “Petrostem (UK) Limited” şirkəti 1998-ci ildə Bristol şəhərində 10 milyon funt sterlinq nizamnamə kapitalı ilə təsis edilib və 2022-ci ildə ləğv edilib. Ləğv zamanı şirkətin nizamnamə kapitalı 16 milyon funt sterlinq təşkil edib.

