48 yaşlı amerikalı basketbolçu, Basketbol Şöhrət Zalının üzvü və NBA çempionu Pol Pirs, heç vaxt çempion olmayacaq komandaların adlarını açıqlayıb.
Publika.az xəbər verir ki, Pirs “No Fouls Given” “YouTube” kanalında bildirib:
“Mənim yaşadığım dövrdə çempionluq qazanmayan dörd komanda var. Və mən hələ də inanmıram ki, bu komandalar mən sağ olarkən titul qazana biləcəklər. Bunlar “Portlend”,
“Nyu-York Niks”, “Atlanta Houks” və “Sakramento Kinqs”dir.
. Onlardan hər hansı biri çempionluq qazanmazdan əvvəl öləcəyimə zəmanət verirəm”.
Portland 1977-ci ildə, Polun anadan olduğu il titul qazanıb. Lakin final oyunu 5 iyunda baş tutub, Pirs isə 13 oktyabrda anadan olub.

