EvXəbərlərƏraqçı İslamabaddan Omana getdi

Əraqçı İslamabaddan Omana getdi

Published on

spot_img

İranın xarici işlər naziri Abbas Əraqçı Yaxın Şərq və Asiya ölkələri üzrə diplomatik turunu davam etdirərək Omanın paytaxtı Maskata gedib.
Publika.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Bildirilib ki, bu səfər nazirin Pakistan rəhbərliyi ilə mühüm görüşlər keçirdiyi İslamabad səfərindən dərhal sonra baş tutub.
Uzun illərdir Qərb ilə Tehran arasında etibarlı vasitəçi rolunu oynayan Omanın neytral mövqeyi, həm ABŞ ilə sıx əlaqələri, həm də İranla dialoqu saxlaması regiondakı son gərginliklər fonunda xüsusi əhəmiyyət kəsb edir.
Araqçının Maskatda yüksək rütbəli rəsmilərlə ikitərəfli münasibətləri və regional təhlükəsizlik məsələlərini, xüsusilə Hörmüz boğazındakı vəziyyəti müzakirə edəcəyi gözlənilir.

Qeyd edək ki, nazirin bundan əvvəlki dayanacağı olan Pakistanda baş nazir Şahbaz Şərif və hərbi komandanlıqla apardığı danışıqlarda tərəflər yalnız müzakirələri davam etdirməyə hazır olduqlarını təsdiqləsələr də, hələlik konkret razılaşma əldə olunmayıb. Beləliklə, Oman səfəri İranın ABŞ ilə birbaşa təmaslardan yayınaraq diplomatik zəmin hazırlamaq strategiyasının məntiqi davamı kimi qiymətləndirilir.
Hüseyn İbadlı

Latest articles

More like this