Tehran təzyiq, təhdid və ya blokada şəraitində Vaşinqtonla danışıqlarda iştirak etməyəcək.
Publika.az “Press TV” telekanalına istinadala xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşqian Pakistanın Baş naziri Şahbaz Şəriflə söhbəti zamanı bildirib.
Pezeşqian vurğulayıb ki, ABŞ tərəfindən düşmənçilik hərəkətləri və təzyiqlər dayandırılmayana qədər etimadın bərpası və dialoq yolunda irəliləyiş çətin olaraq qalacaq.
Bundan əlavə, İran prezidenti Vaşinqtona dialoqu bərpa etmək və problemlərin həlli üçün platforma yaratmaq məqsədilə ilk növbədə dəniz blokadası da daxil olmaqla mövcud maneələri aradan qaldırmağı tövsiyə edib.
Hüseyn İbadlı

