fbpx

Medianın İnkişafı Agentliyindən jurnalistlərə ÇAĞIRIŞ


Ermənistanın və bir sıra digər xarici ölkələrin media resurslarında Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı hərbi məqsədlərlə istifadə edilməsi haqqında mənbəyi məlum olmayan, habelə reallıqdan uzaq, əsassız məlumatlar yayılmaqdadır.

BEY.AZ xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyindən (MEDİA) bildirilib.

Qeyd olunub ki, aparılan araşdırmalar nəticəsində sözügedən məlumatların dezinformasiya mahiyyəti daşıdığı və ölkəmizə qarşı sistemli dezinformasiya hücumlarının tərkib hissəsi olduğu müəyyənləşdirilib:

“Medianın peşəkarlıq və beynəlxalq etik dəyərləri ilə ziddiyyət təşkil edən yalan məlumatların, dəqiqləşdirilməmiş rəylərin tirajlanmasını ölkəmizin beynəlxalq nüfuzuna kölgə salmağa hesablanmış növbəti uğursuz cəhd kimi qiymətləndiririk.

Media subyektlərini və jurnalistləri qeyri-dəqiq, mənbəyi bilinməyən məlumatlardan istifadə etməməyə və ölkəmizə yönəlmiş dezinformasiya hücumlarının istənilən təzahürlərinə qarşı prinsipiallıq nümayiş etdirməyə çağırırıq”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin