ABŞ Prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdi onun reytinqini artırmaq üçün səhnələşdirilmiş ola bilər.
Publika.az xəbər verir ki, bunu amerikalı jurnalist Con Varoli “Abzats” nəşrinə verdiyi müsahibədə irəli sürüb.
Müxbir Trampın aşağı reytinqinə və həm liberallar, həm də mühafizəkarlar arasında populyar olmamasına işarə edib, prezidentin tez-tez öz komandası daxilində də tənqid olunduğunu xatırladıb.
Varoli hesab edir ki, bu şəraitdə Trampın ətrafının Amerika liderinin reytinqini artırmaq üçün saxta sui-qəsd cəhdi təşkil etməsi gözləniləndir.
Bundan əlavə, jurnalist Ağ Evin mətbuat katibi Kerolin Levittin qala şam yeməyindən əvvəl “atəş açılması” ilə bağlı zarafatının da təsadüf ola bilməyəcəyinə diqqət çəkib.
Xatırladaq ki, 25 apreldə Trampın da iştirak etdiyi Vaşinqtonda Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulu zamanı atışma baş verib. Silahlı şəxs zala girməyə cəhd edib və atəş açaraq gizli xidmət zabitini yaralayıb. Şübhəli hadisə yerində saxlanılıb. Onun 31 yaşlı video oyun tərtibatçısı və müəllim Koul Allen olduğu müəyyən edilib. Prezident, digər rəsmi şəxslər xəsarət almayıblar.
Ləman

